ABŞ səfiri Xocalı faciəsinin qurbanları ilə görüşüb

 

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta 22-də Goranboy rayonu ərazisində (Bakıdan 330 kilometr qərb) məskunlaşan Xocalı faciəsinin qurbanları ilə görüşüb. Bu barədə ABŞ səfirliyi twitter səhifəsində məlumat yayıb.

 

“Biz müharibədə döyüşərək həlak olan, eləcə də münaqişədən əziyyət çəkən və vəfat edən bütün Xocalı qurbanlarını yad edirik. Biz qurbanları, həlak olanları xatırlamalı, həmçinin sülhə ümidi olanlar üçün əmin-amanlığa nail olmaq məqsədilə irəli baxmalıyıq”, səfir Sekuta görüşdə qeyd edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayın zirehli texnikasının və rus hərbçilərinin köməyi ilə Xocalı şəhərinə hücum edib. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi hələ də məlum deyilr. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

Amerikaninsesi.org

09:24