ABŞ hökuməti fəaliyyətini qismən dayandırır

Amerika Senatı  hökumətin 8 fevral 2019-cu ilə kimi müvəqqəti maliyyələşdirilməsi ilə bağlı səsvermə keçirmədən sessiyanı başa çatdırıb.

Xudaferin.eu xəbər verir ki, bu haqda  “RİA  Novosti” məlumat yayıb.

Bundan əvvəl Nümayəndələr Palatası müvafiq səsvermə keçirərək, müvəqqəti büdcəni qəbul etmişdi. Onun qüvvəyə minməsi üçün Senatda təsdiqinə və daha sonra ABŞ prezidenti Donald  Trampın imzasına ehtiyac var idi.

Bu il ərzində ABŞ hökumətinin fəaliyyəti artıq üçüncü dəfədir ki, maliyyələşmə ilə əlaqədar məhdudlaşır. Senatda müvəqqəti büdcənin razılaşdırılmamasına səbəb ABŞ-prezidenti Donald Trampla konqres arasında bir sıra məsələlərdə o cümlədən Meksika divarı məsələsində düşən ixtilafdir.

Federal hökumətin maliyyələşdirilməsini təmin edən yeddi qanunun müddəti  Bakı vaxtı ilə bazar günü  9.00-da  başa çatır.

Nəticədə dövlət departamenti, ədliyyə nazirliyi, daxili təhlükəsizlik nazirliyi, kənd təsərrüfatı nazirliyi, nəqliyyat nazirliyi və digər dövlət qurumlarının maliyyələşdirilməsi dayandırılacaq. İndi bu qurumlar öz fəaliyyətini məhdudlaşdırıb, işçilərin bir hissəsini ödənişsiz məzuniyyətə göndərməli olacaq.

Xudaferin.eu

14:25