ABŞ-da çoxlu sayda erməni tutuqlandı

 

ABŞ Federal Miqrasiya polisinin əməkdaşları tərəfindən Los-Ancelesdə beş gün keçirilən əməliyyatalar zamanı 200 nəfər həbs edilib.

"Los-Angeles Times" qəzetinin verdiyi xəbərlərə görə həbs edilənlərin 146-ı Meksika, digərləri isə Ermənistan, Rusiya, Honduras, Tayland, Salvador, Filippin, Kamboca, Vyetnam vətəndaşlarıdır. Hazırda onlar narkotik maddələrin saxlanılması, satışı, zorakılıq, cinsi zorakılıq, oğurluq, silah satışı və digər maddələr üzrə ittiham olunurlar.

Los-Ancelesdə qeyri-qanuni yaşayan şəxslərin daha öncə də saxlanıldığı bildirilir.
Qeyd edək ki, Los-Ancelos meqapolisinin verdiyi açıqlamaya görə, Ermənistan, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, İraq, Suriya və digər ölkələrdən miqrant statusu ilə gəlmiş ermənilərin əksəriyyəti qeyri qanuni yolla vəsait qazanmaq üçün bir sıra cinayətkar dəstələr də yaradıblar. Ermənilərə məxsus qruplaşmalar “gizli sexlər”də saxta məhsullar istehsal etməklə, Latın Amerikası ölkələrindən ABŞ-a gizli yollarla daşınan narkotik maddələrin satışı ilə, ABŞ vətəndaşlarını aldatma, hədə-qorxu gəlmə və digər vasitələrlə pul qazanmaq yolunu tutmuşlar. Bütün hallarda adları çəkilən qrup cinayətkarlığının izini açmaq çətinlik törətsə də, yerli polis mümkün qədər ermənilərə qarşı barışmaz mövqe sərgiləməkdədir.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”  

19:28