7 min hərbçi sınırda əmr gözləyir

 

“Fərat qalxanı”nın davamı gələcəkmi?

ABŞ-dakı Ərdoğan-Tramp görüşündən sonra əməliyyatın keçirilməsi məsələsi qətiləşib. Suriyada Tel Abyad və Afrin ilə, İraqda Səncardakı terror nöqtələri Türkiyənin hədəfindədir. ABŞ-da iki ölkənin heyətləri arasındakı görüş zamanı Vaşinqton iqtidarının Suriya Demokratik Qüvvələri adlandırdığı YPG terrorçularının nəzarəti altındakı bölgələrin əslində PKK-nın nəzarətində olması sənəd və fotolarla bəyan edilib. Həmin ərazilərdə Türkiyənin milli təhlükəsizliyinə təhdid olan terror düşərgələrinin yerləşməsi barədə ABŞ səlahiyyətlilərinə məlumat verilib. Bu nöqtələrdə əməliyyat aparılacağı, bu barədə əvvəlcədən Vaşinqtona xəbərdarlıq ediləcəyi bildirilib. Həmçinin, TSQ-nin əməliyyat hazırlıqlarını tamamladığı, Suriyadakı əksəri xüsusi təyinatlı və komandirlərdən ibarət olan 6-7 min hərbçinin əməliyyatlar üçün hazır vəziyyətdə gözlədikləri bildirilib.
 

Qüvvələr sərhədə tərəf yerləşdirildi
 

TSQ, sərhəddən kənar əməliyyat üçün hazırlıqlarını tamamlayıb. Bəzi qüvvələr sərhəddin yaxınlığında yerləşdirilib. Zirehli texnika və silah-sursat da tədarük edilib.

Terror təşkilatının yerləşdiyi bölgələrə yönəlik əməliyyat planlarının da hazır olduğu bildirilir. Həmçinin, Rusiya ilə razılaşdırılan atəşkəs bölgəsinə Türkiyənin heç bir üdaixlə etməyəcəyi bildirilib. Ankaranın xüsusilə Türkmən dağı ilə bağlı Rusiya ilə danışıqlarını davam etdirdiyi, bu bölgənin Türkiyə sərhədi boyunca, təhlükəsiz bölgə olaraq qəbul edilməsi və atəş açılmaması məsələsində qətiyyətli olduğu bəlli olub.
 

ABŞ-ın strategiyası dəyişə bilər
 

PKK/YPG terrorçularının bundan sonra zəifləyəcəyini proqnozlaşdırlarını bildirən bir təhlükəsizlik məmuru deyib: “Ağır silahları olsa belə, İŞİD ilə döyüşlərdən sonra çox itki verəcəklər. Bundan başqa, Türkiyə öz sərhədlərini tam gücləndirib. Bu da bizi daha da qüvvətli edir. ABŞ-ın strategiyasını dəyişə biləcəyini də proqnozlaşdırırıq. Çünki bölgədəki sosioloji vəziyyət ABŞ-ın terror təşkilatı ilə əməkdaşlığının uzunmüddət davam etməyəcəyini göstərir. YPG-nin sosioloji qarşılığı, dayağı yoxdur. ABŞ-ın YPG-ni regionda özünün təmsliçisi olaraq yerləşdirməsi təbii əsasa söykənmir”.

 

Hurriyyet.org

 

09:40