Xətai Sənət Mərkəzində beş yaşlı fırça ustasının sərgisi açılıb

 

 

Bakı Xətai Sənət Mərkəzində beş yaşlı fırça ustası Feyziran Zamanın “Rəngli həyat” adlı fərdi sərgisi açılıb.

Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunan sərgidə balaca qızcığazın 40-dək əl işi nümayiş edilib. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Balaca fırça ustasının istedadından söz açan Ağəli İbrahimov deyib ki, qızcığazın bu yaşda gözəl və məna dolu əsərlər yaratması onun incəsənətə olan bağlılıq və sevgisindən xəbər verir. Belə istedadlı uşaqlara böyük mənada dəstəyin vacibliyini qeyd edən xalq rəssamı sərgidə nümayiş edilən əsərlərin məziyyətindən danışıb. Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan birgünlük sərgidə uşaq dünyasına həsr olunmuş əsərlər yer alıb.

Xudaferin.eu

09:20