Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin mayı
AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
X X X
3 may. Prezident Heydər Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi.
5 may. Ankaradakı Gülhanə Hərbi Tibb Akademiyasında müayinə olunan Heydər Əliyev Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə telefonla danışdı.
8 may. Faşizm üzərində qələbənin 58-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciət etdi.
10 may. Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Baş nazir Rəcəb Tayyib Ərdoğan, sabiq Baş nazir Süleyman Dəmirəl Gülhanə Hərbi Tibb Akademiyasına gələrək Heydər Əliyevi ziyarət etdilər.
12 may. Ulu Öndər Gülhanə Hərbi Tibb Akademiyasında müayinəsini başa vuraraq vətənə qayıtdı.
16 may. Prezident İqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirdi.
23 may. Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etdi.
Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə telefonla danışdı.
24 may. Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdı.
26 may. BP şirkətinin prezidenti Lord Con Braunu qəbul etdi.
27 may. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə Azərbaycan xalqına müraciət ünvanladı.
Qarşıdakı prezident seçkiləri ilə əlaqədar müşavirə keçirdi.
29 may. Bakı şəhərində aparılan tikinti-abadlıq işlərinin gedişi ilə əlaqədar müşavirə keçirdi.
31 may. Ölkənin sosial-iqtisadi inkişafına və prezident seçkilərinə həsr olunmuş müşavirədə çıxış etdi.
X X X
Xronologiyadan göründüyü kimi, səhhətində yaranmış problemlərə baxmayaraq, Prezident Heydər Əliyev respublika həyatının ümdə məsələlərini diqqətdə saxlayırdı. Azərbaycan növbəti prezident seçkiləri ərəfəsində idi. Belə bir taleyüklü vaxtda ictimai-siyasi vəziyyət, sosial-iqtisadi inkişaf məsələləri xüsusi önəm kəsb edirdi. 2003-cü ilin mayında Prezident bununla bağlı bir neçə müşavirə keçirdi, müvafiq qurumların hesabatlarını dinlədi. Gündəlikdə duran məsələlər dövlət başçısının iştirakı ilə geniş müzakirə olundu.
Mayın 27-də və 31-də Prezident Heydər Əliyevin yanında keçirilən müşavirələrdə 2003-cü il prezident seçkilərinə hazırlıq işləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparıldı. Ulu Öndər müşavirələrdə çıxış edərək qarşıda duran vəzifələrdən danışdı, müvafiq tövsiyə və tapşırıqlarını verdi.
Ölkəmizdə iqtisadiyyatın inkişaf etdiyini, sosial məsələlərin həll olunduğunu vurğulayan Heydər Əliyev dedi ki, bəzi yerlərdə problemlər, yaxud həll olunmayan məsələlər var. Bu, xüsusən indi, prezident seçkiləri ərəfəsində çox vacib məsələdir: “Biz bu seçkilərdə Azərbaycanda yüksək demokratiyanın olduğunu göstərməliyik, buna nail olmalıyıq. Gərək indiyə qədər həll olunmamış məsələlər həllini tapsın, seçicilər razı qalsınlar və prezident seçkilərini xoş əhvali-ruhiyyə ilə keçirək”.
Ulu Öndər bir daha qeyd etdi ki, seçkilərin tam şəffaf, ədalətli, aşkarlıq şəraitində keçirilməsi təmin olunmalı, heç bir qanun-qayda pozuntusuna yol verilməməlidir. Buna görə də rayonlarda indidən lazımi işi aparmaq, hər bir yerdə vəziyyəti tam öyrənmək lazımdır.
Sitat: “Siz bilirsiniz, mən bir də xatırlatmaq istəyirəm ki, biz seçkiləri tam şəffaf, tam ədalətli, tam aşkarlıq şəraitində keçirməliyik. Heç bir qanun pozuntusuna, qaydaların pozuntusuna yol verilməməlidir və siz indidən rayonlarda lazımi işi aparmalısınız ki, camaat daha da çox öyrənsin. O cümlədən seçki məntəqələrinin üzvləri öyrənsinlər ki, bu çox mühüm məsələdir. Ona görə mən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşasınız. İkinci məsələ, siz yerlərdə həm icra orqanları ilə, həm də Yeni Azərbaycan Partiyası təşkilatlarının nümayəndələri ilə birgə işləməlisiniz. Hər yerdə Yeni Azərbaycan Partiyasının yaxşı təşkilatı var. Ola bilər, onlar nöqsanları, səhvləri, xüsusən sosial-iqtisadi məsələləri sizə daha da doğru çatdırsınlar. Ona görə gərək siz hər yerdə vəziyyəti tam öyrənəsiniz və harada hansı işi görmək lazımdırsa, müəyyən edəsiniz. Buna vaxt var və bu müddətdə bunları tam həll edib seçkilərə yaxşı şəraitdə getməliyik”.
Mayın 29-da Prezidentin yanında daha bir müşavirə keçirildi. Müşavirədə paytaxt Bakıda aparılan tikinti və abadlıq işləri, yolların əsaslı təmiri, sakinlərin istirahəti üçün şəraitin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər ətraflı müzakirə olundu. Ulu Öndər Heydər Əliyev müşavirədə çıxış edərək qarşıda duran vəzifələri diqqətə çatdırdı, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə və digər əlaqədar qurumlara konkret tapşırıqlar verdi.
2003-cü il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi tamam oldu. Ulu Öndər bu münasibətlə xalqa müraciət etdi. Müraciətdə qeyd olunurdu ki, müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana gəlmişdi. Heydər Əliyev müraciətində bunu xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi kimi dəyərləndirərək vurğulayırdı ki, vaxtilə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcəyik.
Sitat: “Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. İndiki Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan uğurlar belə bir fikri əminliklə söyləməyə əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik”.
Bu fikirlərin söylənildiyi vaxtdan 20 il keçir. Ötən dövrdə Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsi nəticəsində müstəqilliyimiz və suverenliyimiz üçün yaranmış bütün təhdidlər aradan qaldırılıb. Otuz il işğal altında qalan ərazilərimiz azad edilib. Ərazi bütövlüyü tam bərpa olunan müstəqil Azərbaycan dünyada söz sahibinə, qüdrətli və nüfuzlu dövlətə çevrilib.

Xudaferin.eu
15:21
Digər xəbərlər