Son zamanlar məşhurlaşan və demək olar ki, hər kəsin diqqətində olan kriptovalyutaların nə dərəcə etibarlı olub-olmaması haqqında fərqli mülahizələr səslənir.
Bir qism virtual valyutaların maliyyə bazarını tam tutacağını desə də, digər tərəf bu tip koinlərin etibarsız olduğunu müdafiə edir. Kriptovalyutalar haqqında yayılan məlumatlar da qarışıq fikirlərin yaranmasına səbəb olur. Məsələn, bu günlərdə 2011-ci ildə bitcoinə qarşı transferi daha sürətli və ucuz alternativi olaraq litecoin (LTC) adlı şifrəli pulu yaradan Çarli Li (Charlie Lee), “Reddit” üzərindən heyrətamiz bir açıqlama verib. Belə ki, 18 milyard dollarlıq bazar qiyməti ilə dünyanın ən böyük beşinci şifrəli pulu olan litecoinin banisi, əlindəki bütün litecoinləri satdığını bildirib. Çarli Linin açıqlamasına görə, o, artıq sosial şəbəkədəki izləyiciləri tərəfindən günahlandırılmaq istəmir. Bu səbəbdən bütün litecoinləri ötən günlərdə satdığını qeyd edib. Maraqlıdır, əgər bu kriptovalyutalar etibarlıdırsa, niyə sahibləri bütün kriptolarını satırlar?
İqtisadçı-ekspert Fuad İbrahimov açıqlamasında virtual valyuta bazarında hələ ki, təhlükə görünmədiyini deyib: “Kriptovalyutalara nə qədər ehtiyatla yanaşsaq da, gələcəyi hələ ki, qaranlıq görünmür. 2009-cu ildə ilk dəfə Nakamota özünün ilk “bitcoin” cüzdanını yaratmışdı. Ondan sonra da kriptovalyutalara tələb artıqca möcudluğu da artım tempi ilə getməyə başladı. Hal-hazırda da Qərb dünyası, Orta Asiya ölkələri kriptovalyuta “xəstəliyi”nə tutulub. Kriptovalyutaların nominal görüntüsü yoxdur. Virtual valyuta kimi dövriyyədədir. Bir neçə kriptovalyuta var ki, dünyanın bəzi böyük şirkətləri institusional səviyyədə bunun satışını təşkil edir. Biz başlamışıq artıq bunun tədqiqatlarını aparmağa. Tədqiqatlar dərinləşdikcə, bununla bağlı heç bir təhlükə görünmür. Əksinə, impulsiv və proqressiv yolla bunun artımı proqnozlaşdırılır. Belə gedərsə, düşünürəm ki, 2018-ci ilin sonuna qədər 50 minə çatacağı proqnozunu vermək olar. Çünki tələb getdikcə artır. Digər tərəfdən bu kriptovalyutaların əldə olunması üçün elastiklik yaradırlar. Doğrudur, Azərbaycanda rəsmi şəkildə bu əlçatan deyil. Amma düşünürəm ki, “İvestaz” şirkəti vasitəsilə bunu onlayn rejimdə əldə edə biləcəklər. Bilirəm ki, bununla bağlı danışıqlar gedir artıq. Sözün açığı kriptovalyutaların heç bir ölkəyə aid olmadığı üçün təhlükəli bir məqam var. Əgər virtual şəbəkədə bir təxribat baş verərsə, o, zaman bütün insanlar fors-major vəziyyətlə qarşılaşa bilərlər. Məsələn, bir neçə gün öncə birjadan 68 milyon dollarlıq bitcoin oğurlandı. Ancaq 68 milyon bu bazardakı ümumi vəziyyətə təsir göstərə bilməz. Ancaq şəbəkədə hər hansı bir xəstəlik yaransa və bir virusla bu əldən çıxsa, bu problem 1929-cu ildə ABŞ-da yaranan depressiyaya bərabər olacaq. Hansı ki, bu sonradan bütün dünyaya təsir göstərmişdi. Amma hal-hazırda bu sahəyə maraq göstərən insanların və qoyulan kapitalın çəkisini nəzərə alsaq, hələ ki, elə bir ciddi təhlükə yoxdur. Amma dinamik şəkildə bu artır. Yəni, kiminsə bütün kriptovalyutasını satması təhlükə demək deyil. Bu sadəcə, manevrdir. Kriptovalyutalara qoyulan vəsait 10 trilyonu keçəndən sonra təhlükə yarana bilər. Çünki bir anın içində bu qədər valyutanın itirilməsi dünya iqtisadiyyatına mütləq qaydada təsir göstərəcək. Amma hələ ki, kriptovalyutalara qoyulan vəsaitin itirilməsi dünya iqtisadiyyatına ciddi təsir edə bilməz”.
Virtual valyutalarda eniş: Bazardan çıxır?

Vilayət Muxtar
Cebhe.info
09:48
Digər xəbərlər