Urmu Gölünə görə 115 millət vəkili imza atdı

 

 

İran mollakratiya rejiminin Güney Azərbaycana qarşı apardığı siyasətin sonucu olaraq, tamamilə quruyan Urmu Gölünə görə Nadir Qazipurun prezidentə ünvanlandığı suala 115 deputat dəstək verib

 

Güney Azərbaycanın Urmu vilayətindən olan millət vəkili Nadir Qazipur Tehran ölkə parlamentində hökumətinin Urmu Gölünə laqeyd münasibətini növbəti dəfə tənqid atəşinə tutub. Azərbaycanlı millət vəkili bu dəfə 115 deputatdan imza toplayaraq Urmu Gölü ilə bağlı mollakratiya rejiminin prezidenti və bu gölün qurumasının qarşısını almaq istəməyən Həsən Ruhaniyə sual ünvanlayıb.

N.Qazipur özünün rəsmi portalında 115 deputatın dəstək verdiyi “Nə üçün Urmu Gölünün canlandırılması uğrunda əməli addım atmadınız?” sualını açıqlayıb.

O prezidentə ünvanladığı sualı belə şərh edib: “Urmu Gölünün canlandırılması ilə bağlı hazırnanan layihənin üstündən təxminən 4 il keçir. Lakin bu müddətdə Urmu Gölündə heç bir dəyişiklik olmayıb. Halbuki, bu istiqamətdə milyardlar tümən vəsait xərclənib. 1995-ci ildə Urmu Gölündə suyun həcmi 30 milyard kubmetr olub, hazırda isə suyun həcmi 1 milyard kubmetrdən də azdır. Bu o deməkdir ki, Urmu Gölünün 90 faizdən çoxu quruyub və onun sahəsi 600 min hektardan təxminən 200 hektara düşüb. Vəziyyət belə davam edərsə gölün qalan hissəsi də quruyacaq. Bu, bölgənin və Orta Döunun ən böyük ətraf mühit faciəsi olacaq”- deyə N.Qazipur qeyd edib.

Urmu Gölünü canlandırmaq və “Türk Dili və Ədəbiyyatı Mədəniyyət Evi”nin yaradılması Həsən Ruhaninin təbliğat öncəsi Azərbaycan əhalisinə verdiyi əsas vədlərdən biri olub və ötən 5 il ərzində verilən vədlərin heç biri yerinə yetirilməyib.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:48