Urmu gölü və Aral dənizi haqqında film çəkilir

Urmu gölü və Aral dənizi ekoloji vəziyyətindən bəhs edən "Əkizlər" adlı sənədli filmin çəkilişlərinin başlanılıb. Bu layihə Gənclər Kino Cəmiyyətinin Güney Azərbaycanın başkəndi Təbrizdəki şöbəsinin dəstəyi ilə fəaliyyətə başlayıb. Filmin rejissoru isə Məhəmməd Əlimuradidir.

Ekspertlər böyük bir ekoloji fəlakət qarşısında olan Urmu gölünü bir zamanlar dünyanın ən böyük göllərindən biri olan, amma tədricən yox olan Aral dənizinin taleyinə bənzədir. “Böyük Göllər Araşdırmaları” dərgisinin 2015 ildə “Aral Dənizi sindromu Urmu gölünü qurudur” başlıqlı bir elmi məqalə yayımlayıb. “Urmu gölünü Canlandırma Mərkəzi”nin katibi İsa Kələntəri bu yaxınlarda hökümətin Urmu gölü üçün nəzərdə tutulmuş vəsaiti verməkdən imtina etdiyini bildirib.
Qeyd edək ki, Urmu gölü dünyada zəhərli duz ehtiyatlarına görə ilk sırada yer alır. Bununla yanaşı, gölün quruması sonucunda Güney Azərbaycanın Urmu bölgəsi, Türkiyənin Ağrı, İqdır, Muş, Qars, Ərzurum vilayətləri, Azərbaycan Respublikasının Naxçıvan və Aran Qarabağ bölgələri tamamilə ekoloji böhran təhlükəsi ilə qarşılaşa bilər. Ekspertlərin araşdırmalarına görə, Güney Azərbaycan, Quzey Azərbaycan və Türkiyə daxil olmaqla toplam 15 milyon əhali yurdsuz-yuvasız qala bilər. Belə ki, zəhərli duzların güclü küləklər vasitəsilə bu bölgələrdə meşə zolaqlarını, əkin sahələrini və   tarlarları tamamilə quruda bilər. Bu dəhşət saçan ekoloji fəlakət Güney Azərbaycanın Urmu Gölü və onun çevrəsindəki yararlı torpaq sahələrinin tamamilə sıradan çıxmasına səbəb olan problemlərə çevrilib. Güney Azərbaycanın gələcəyəi üçün strateji araşdırma mütəxəssislərinin fikrincə isə, Urmu Gölünün qurudulması siyasəti Tehran rejiminin dərin hədəflərindən biridir. Amac, Güney Azərbaycan və Türkiyə arasındakı bölgələrin tamamilə Türklərdən təmizləmək və həmin ərazilərə kürd qaçqınlarının yerləşdirilməsi əsas hədəflərdən biridir. Ona görə də dünya birliyi bu bəşəri cinayətə və ekoloji fəlakətə göz yumur. Dəfələrlə beynəlxalq birlik qarşısında bu problem qaldırılsa da, hər dəfə bu məsələ dolayı yolla susqunluqla qarşılanıb.

Xudaferin.eu  

12:57