Türkiyənin Afrikadakı “qazan-qazan siyasəti”

İbrahim Kalı

Türkiyənin Afrikadakı “qazan-qazan siyasəti”

Müstəmləkə qüvvələri kimi asılılıq, qəyyumluq və istismar deyil, Türkiyə Afrikada bərabərlik və şəffaflıq təməlinə söykənir, "qazan-qazan siyasəti" yürüdür. 22-25 yanvar tarixlərində Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan üç şərq Afrika ölkəsinə səfər etdi: Tanzaniya, Mozambik və Madaqaskar. Bu səfər Türkiyənin 2005-ci ildə başlanan və davam edən "Afrikaya açılma" siyasətinin bir parçasıdır. Türkiyənin məqsədi bütövlükdə Afrika qitəsilə olan əlaqələrini genişləndirmək və dərinləşdirməkdir. Son on il ərzində başda Ərdoğan olmaqla 23 Afrika ölkəsinə 30-dan çox səfər həyata keçirilib. Afrikalı olmayan bir lider üçün bu rekord sayda bir səfərdir. Türkiyə Afrika ilə həm ikitərəfli əlaqələri inkişaf etdirmək istəyir, həm də bu qitəyə strateji dünyagörüşünü təyin edir.
2004-cü ilə qədər Afrikada Türkiyənin 12 səfirliyi var idisə, 2016-cı ilə qədər sayı 39-a yüksəldi. Bu, Türkiyənin Afrikadakı diplomatik varlığının genişlənməsidir. Təkcə 2012-2013-cü illərdə Türkiyə Afrikadakı müxtəlif yardım proqramlarına təxminən 800 milyon Amerika dolları xərcləyib. Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın Afrikada 16 bürosu var. Bunlar yeni su quyuları qazmaqdan klinika açmağa, kənd təsərrüfatı işindən tarixi abidələri bərpa etməyə qədər yüzlərlə layihəni reallaşdırır. Bundan başqa, Türkiyənin onlarla qeyri-hökumət təşkilatları (QHT) və yardım təşkilatları yardıma möhtac insanlara aktiv olaraq kömək edir. Bu yeni yanaşma Afrika xalqları tərəfindən də qarşılıq görür.
2008-ci ildə Afrika Birliyi Türkiyəni strateji ortaq olaraq təyin etmişdir. İlk dəfə Türkiyə-Afrika Zirvə Toplantısı həmin il İstanbulda təşkil olunub, sonra da Malabo, Ekvador, Gvineyada. Üçüncü Zirvə Toplantısının da 2019-cu ildə Türkiyədə təşkil edilməsi gözlənilir. On il əvvəl Türkiyənin Afrika ilə olan ümumi ticarəti 3 milyard Amerika dollarından azdı. Bu gün isə ticarət həcmi 25 milyardı keçib. Türkiyə Hava Yolları 30-dan çox Afrika ölkəsinin təxminən 40 nöqtəsinə uçuş təmin edir. Bu say dünyadakı digər beynəlxalq hava yolu şirkətlərindən çoxdur. Otuzdan çox Afrika ölkəsinin Türkiyədə diplomatik missiyası var. Afrika ölkələrindən gələn 5 mindən çox tələbə Türkiyədə tam təqaüdlü təhsil alırlar. Bu rəqəmlər Türkiyə və Afrika arasında dərinləşən əlaqələrin güclü və sabit meyllə davam etdiyini göstərir.
Afrika zəngin təbii sərvətlərə, gənc və dinamik əhaliyə və böyük inkişaf potensialına sahib. Amma bütün bu ucsuz-bucaqsız zənginliyin ortasında yoxsulluq içində boğulan da yenə Afrikadır. Bütün Afrika ölkələrində terrora qarşı mübarizə, yoxsulluğun aradan qaldırılması, ardıcıl inkişaf və siyasi sabitlik istəyirik. Avropa müstəmləkəçiliyinin qitədəki utanc dolu tarixindən qəyyumluq, savaşlar, müasir köləlik və iqtisadi istismar qalıb.   Türkiyə isə Afrikada "qazan-qazan siyasəti" izləyir: yəni asılılıq, qəyyumluq və istismar yerinə, siyasi bərabərlik, qarşılıqlı iqtisadi əlaqələr və Afrika xalqlarına kömək. Bu məqsədlə Türkiyə qitədə inkişaf proqramları, Afrikalı tələbə və məmurlarına müxtəlif sahələrdə təlim vermək yolunu tutub, yəni afrikalarına onları zəiflətmək yerinə gücləndirəcək bir şəkildə yardım etmək. Türkiyə 2011-ci ildən bəri Somalidə - bu tərk edilmiş Afrika ölkəsində qıtlıq, quraqlıq, həddindən artıq yoxsulluq və terrorizmdən qurtulmaq üçün dünya səviyyəsində yardım kampaniyası həyata keçirir. Bununla bağlı Türkiyə ölkəyə 1 milyard dolardan artıq yardım edib, investisiya qoyub. Somali altı il əvvəllə müqayisədə daha yaxşı vəziyyətdədir. Afrika xalqları da Türkiyənin bu “qazan-qazan siyasəti”nə müsbət cavab vermişlər.
Son illər Türkiyə şirkətləri Tanzaniyada 2000 km.-lik dəmiryolu layihəsi, Mozambikdə aşağı xərcli ictimai yaşayış binalarının inşası, Madaqaskarda enerji stansiyalarının qurulması, sementdən geyimə, elektronik əşyalara qədər bir çox sahədə istehsal sahələri minlərlə afrikalıya öz ölkələrində iş imkanı verdi. Afrikada bu yeni dövrün türkiyəli banisi Ərdoğandır. O, bu ölkələrə səfər etməklə, xalqları ilə maraqlanmaqla, liderlərilə görüşməklə kifayətlənmir, iş dünyası, universitetlər, QHT, araşdırma mərkəzləri, turizm agentliklərini və sıravi vətəndaşları Afrika əlaqəsinə təşviq edir.
Elə ona görə də bu yanaşmanın bir hissəsi olaraq Türkiyə Afrika ölkələrindən istəyir ki, onlar Fətullah Terror Təşkilatına (FETÖ) üzv adam və qrupların dağıdıcı fəaliyyətlərinə icazə verməsin. Çünki FETÖ ötən 20 il ərzində Türkiyənin imkan və etibarından istifadə edərək onlarla Afrika ölkəsində yerini möhkəmlətmişdi. 15 İyul Çevriliş Cəhdindən FETÖ-nün gerçək üzü tanındı və artıq bir çox Afrika ölkəsi bu təhdid və təhlükəyə qarşı müsbət addımlar atmağa başlayıb. Afrikalı qardaşlarımız bilməlidirlər ki, bu təriqət qrupu yalnız Türkiyə üçün deyil, öz ölkələri üçün də bir milli təhlükəsizlik məsələsidir. Çünki qrupun məqsədi siyasi güc toplamaq və sonra istədiyi ölkəyə qarşı istifadə etməkdir.   Köləlik, istismar və asılılığın yerinə 21-ci əsr Afrikası ruhu və ənənələrinə uyğun, öz potensialını özü inkişaf etdirə biləcək bir Afrika olmalıdır. Türkiyənin Afrikaya olan bu “qazan-qazan yanaşması” bu dəyərli məqsədə xidmət edir və töfvə verir.

Daily Sabah

15:29