Türkiyədə yeni milliyyətçi partiya qurulur

 

Bu haqda Türkiyə Böyük Millət Məclisinin deputatı, professor Ümid Özdağ özünün Feysbuk hesabında yazıb. Özdağ bəyan edib ki, yeni qurulacaq partiyanın rəhbərliyinə siyasətçi Meral Akşener gətiriləcək.
 

Ümid Özdağ qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində Türk millətçiləri fəallaşdırmaq, milli olan hər kəsi əhatə edəcək mərkəzi iqtidara gətirmək məqsədilə Meral Akşenerlə yeni bir partiya qurmaq qərarını veriblər: “Bu partiyanın sədri Meral Akşener olacaq. Ölkə uçurumun astanasında olduğu bir müddətdə mənəm-mənəmlik etməyim qəbul edilməz. Bütün Türk millətçiləri ölkəmizi bu uçurumdan qurtarmaq üçün bu birləşməni reallaşdırmaq məcburiyyətindədir. İndiyə qədər mənə verdiyiniz dəstək üçün təşəkkür edirəm. Artıq birlikdə iqtidar olmaq üçün hazırlıqlara başlanmalıdır. Bu yol indiyə qədər getdiyimiz yoldan daha çətin olacaq, ancaq bunu bacaracağıq”.

Xatırladaq ki, MHP-də (Milliyyətçi Hərəkat Partiyası) baş verən daxili narazılıqdan sonra millətçilərin yeni partiya yaradacağı zaman-zaman gündəmə gəlib. Artıq yeni partiyanın qurulması üçün hazırlıq işlərinə başlanılıb. Onu da qeyd edək ki, son bir ayda Türkiyədə iki partiya fəaliyyətsizliyi ucbatından məhkəmə qərarı ilə bağlanılıb.
Qeyd edək ki, son illərdə MHP hakimiyyətdə olan AKP ilə bir sıra strateji məsələlərdə ortaq addımlar atmağa başlayıbdır. AKP və onun lideri Rəcəb Təyyib Ərdoğanın irəli sürdüyü bir sıra məsələlər təbii olaraqƏ cəmiyyətdə normal qarşılanmır. Özəlliklə də AKP və onun liderinin Türk etnik kimliyinə qarşı ifrat dindarlıq siyasətini nümayiş etdirir. AKP və MHP-nin isti münasibətlər sərgiləməsi milliyyətçi cameədə o qədər də isti qarşılanmır. Özəlliklə də milliyyətçi kəsimin intellektual bazası olan alimlərin, yazarların və digər sənət adamlarının böyük narazılığı vardır. Meral Akşener, bir zamanlar Türkiyə Böyük Millət Məclisinin sədri, eyni zamanda bu ölkənin ilk qadın Daxili İşlər naziri kimi strateji vəzifələr tutmuşdur. Bununla yanaşı, Meral Akşener tarixçi və professordur. Uzun müddət Türkiyənin çeşidli universitetlərində alim kimi fəaliyyət göstəribdir. AKP-nin bir siyasi güc olaraq daim bu dövlətin qurucusu Mustafa Kamal Atatürkə qarşı həqarət dolu nifrinlər yağdırması səbəbindən MHP-dən onminlərcə insan etiraz əlaməti olaraq ayrılmaq zorunda qalmışlar. İndi onların hamısı Meral Akşenerin lideri olacağı siyasi partiyada birləşmək qərarını veriblər. 

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

 

09:39