Tramp: «Çin mənə diktə edə bilməz!»

ABŞ-ın yeni prezidenti Donald Tramp Çinin valyuta, Cənubi Çin dənizi və Şimali Koreya siyasətini növbəti dəfə tənqid edib. «Reuters»ə açıqlamasında Donald Tramp Birləşmiş Ştatların «vahid Çin» siyasətilə uzlaşmaq məcburiyyətində olmadığını bildirib: «Çinin bu siyəsətini tamamən başa düşürəm. Amma onu başa düşmürəm ki, Çinlə ticari və başqa məsələlərlə bağlı saziş bağlamadan biz bu siyasətə niyə bağlı olmalıyıq?

Tramp onu da deyib ki, Çin ona diktə edə bilməz: «Zənglərə necə cavab verməli olduğum barədə mənə diktə edə bilməzlər».
Qeyd edək ki, Tramp 1979-cu ildən bu yana ilk dəfə ABŞ prezidenti status ilə Tayvan prezidenti ilə telefon söhbəti aparıb. Buna etiraz edən Çin hökuməti açıqlama verib ki, ABŞ Tayvanla hər hansı rəsmi təmas və hərbi əməkdaşlıq qura bilməz. Bütün bunlarla yanaşı, Çin Tayvan üzərindən Sakit və Hind okenalarını tam nəzarətə almaq strategiyasını rəsmiləşdirmək istəyir. Təbii ki, Çinin belə bir hədəfi dünyanın böyük güclərinin nəzərindən qaça bikməz. Ona görə də, başda ABŞ olmaqla Çinə mümkün qədər təsir vasitələrini əlində saxlamaq istəyir. Çin dünyada Rusiya, İran və digər totalitar dövlətləri müdafiə edən əsas supergüclərdən biri hesab olunur.

Xudaferin.eu

12:53