Tehran rejiminin könüllü döyüşçü qismində 2100 terrorçu İraq və Suriyədə öldürülüb

 

İran mollakratiya rejiminin ərsmi yetkililərindən birinin etirafına görə 2100-dən çox İranlı könüllü döyüşçü, yəni terrorçu İraq və Suriyada öldürülüb.
 

“XUDAFERİN.EU”-ya daxil olan bilgiyə görə, Tehran mollakratiya rejiminin “Şəhidlər və Veteranlar Fondu”ndan (Bonyade Şəhid) yetkili Məhəmməd Əli Şahidi Məhəllati İranın rəsmi İRNA dövlət xəbər agentliyinə “İraqda və digər Orta Doğu ölkələrində təxminən 2100 döyüşçüsü həlak olub” deyə açıqlamasını verib.

Ancaq, Məhəllati nə vaxt və harada bu insanların öldüyü qonusunda bilgi verməyib.

İran mollakeratiya rejimi 2011-ci ildən üzü bu yana, Suriyada davam edən sivil savaşda Bəşər Əsəd diktatorluq rejiminin ən barışmaz tərəfdarı olduğunu da heç bir zaman gizlətməyib. Elə bu dönəmdən İran mollakratiya rejimi Bəsər Əsədin diktatura rejiminə dəstək olmak üçün Əfqanıstan, İraq, Quzey Azərbaycan, Gürcüstan, Pakistan, Oman, Sudan, Türkiyə, Tacikstandan şiə könüllü savaşçılar göndərmişdir. Bu proses elə indinin özündə belə, davam edir. Əsas amacı isə Əsəd rejiminin ayaqda qalmasında dəstək olmaqdır.
Onu da qeyd etmək gərəkdir ki, Tehran rejimi İŞİD-la savaş adı alltında Suriya və İraqda toplam 120 min nəfərlik hezbullahçı əsgərlərini yerləşdirib. Bundan savayı, yerli şiələri də silahlandıraraq, böyük bir ordu yaratmağa nail olub. 2016-ci ildə Tehran mollakratiya rejiminin sözdə “Məşvərət Məclisi” adını daşıyan “Ali Dini Şurası” İraq və Suriyada ölən başqa dövlətlərdən gəlmiş döyüşçülərin ailələrinə İran vətəndaşlığı verilməsi haqqında qanun layihəsini qəbul edib.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

08:56