Tehran mollakrat rejimindən Türk dilinə yaşıl işıq

 

Ötən prezident seçkilərindən sonra, İran mollakrat rejimi ölkədə baş verən sosial və ictimai prosesləri incələyərək Ana Yasa qanunlarının 15-ci və 19-cu maddələrində yer alan “Hər bir xalqın öz ana dilində təhsil almaq, məktəb açmaq, qəzet və dərgi çap etmək, milli-mədəni mərkəzlərini yaratmaq, dövlət idarələrində öz ana dilində istifadə etmək hüquqları vardır” maddəsinə 40 ildən sonra, ilk dəfə razılıq verdiyini bəyan edib.    

Mollakratiya rejiminin hökuməti xalqın əksəriyyətinin Türk olduğu bölgələrdə ana dilində təhsil almaq və məktəblərdə dərslərin Türk dilində keçirilməsi haqqında əmr verib.

Bunu ötən gün jurnalistlərə açıqlamasında mollakratiya rejiminin prezidentinin dini və etnik azlıqlar üzrə xüsusi nümayəndəsi Əli Yunusi söyləyib.

Onun sözlərinə görə, artıq bu layihə Kürdüstan bölgəsində məktəblərdə tətbiq edilib. O, əsas bazanın formalaşdırılmasından sonra bu təcrübənin ölkənin digər bölgələrində də tətbiq ediləcəyini bildirib. Qeyd edək ki, bundan öncə rejimin prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını müdafiə edib. O, hakimiyyətin təhsil nazirliyi ilə birlikdə Ana Yasanın 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə etdiyini bildirib.
P. S. Türk dilində təhsil almaq hüquqlarının tanınması ilə bağlı Güney Azərbaycan Milli Hərəkatının fəallarının mövqelərinin güclənməsi, onların həbsdən, təqibdən və cəzadan qorxmaması Güney Azərbaycanda bütün insanların daha da irəli gedə biləcəkləri bu gün Milli Hərəkatın dalğasının hətta Tehranda belə güclənməsinə səbəb olubdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

 

09:11