Məşhur jurnalist Lev Əsgərovun təqdim olunan məqaləsində 32 il bundan öncə Azərbaycanın Sumqayıt şəhərində baş vermiş və dünyanın 1/6 hissəsini tutan bir dövlətin gələcək taleyində böyük rol oynamış hadisələrdən bəhs olunur.
XX əsrin sonunda SSSR-də baş verən siyasi və iqtisadi böhran dövründə yaranmış Dağlıq-Qarabağ problemi ölkədə siyasi hakimiyyəti və bütün siyasi sistemi iflic vəziyyətinə saldı, SSSR-i kimi nəhəng bir dövlətin parçalanıb dağılmasında detonator rolunu oynadı.
Xüsusi qeyd etmək lazımdır ki, erməni separatçılarının son 100 ildə müşahidə olunan aktivliyi və Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiası məhz siyasi böhranlar dövründə daha da güclənir. XX əsrin əvvəlində də belə oldu, sonunda da. Əsas məqsəd Azərbaycan hesabına Ermənistan Respublikasının ərazisini genişləndirməkdir. Ermənilərin separatizmi əsrin əvvəlində Rusiya imperiyasının sonunda isə SSSR-nin dağılması ilə nəticələndi.
Bütün bu prosesləri bir qüvvə - erməni kilsəsi istiqamətləndirirdi. Məqalədə gətirilən sənədlərdən göründüyü kimi kilsənin ideolojı cəbhədə fəaliyyəti bütün sovet dövrünü əhatə edir. Eçmiadzindən gələn emissarlar Bakının mərkəzində yerləşən erməni kilsəsində təşkil etdikləri xüsusi kursların dinləyicilərinin şüürunda Romanı və bütün dünyanı lərzəyə salan “Böyük Ermənistan” deyilən dövlətin sahibi olan güdrətli erməni xalqının obrazını formalaşdırırdı və erməni xalqının başına gələn bütün bəlaların əsas səbəbkarı Azərbaycan-türk xalqının olduğu fikri təbliğ edilirdi.
Əhalisinin böyük əksəriyyətinin etnik ermənilərdən ibarət olduğu Qarabağın dağlıq hissəsinin separatizmi Eçmiadzinin ideolojı fəaliyyətinin nəticəsidir. Erməni separatçılarının əsas tələbi “Xalqların öz müqəddəratını həll etmək” hüququ şüarıdır. Bu regionda məskunlaşan ermənilər onların guya azərbaycanlılar tərəfindən sıxışdırılması, hüquqlarının pozulması kimi dəlilləri irəli sürürlər. Burada bir tarixi parallel aparmaq yerinə düşərdi. 1938-ci ildə Almaniya bu kimi dəlilləri əsas götürərək Çexoslovakiyanın Sudet vilayətini işğal etdi. Sudet vilayətinin də əhalisinin əksəriyyətini etnik almanlar təşkil edirdi. Anneksiyadan əvvəl vilayətdə Hitlerin himayədarları tərəfindən milli zəmində ixtişaşlar təşkil olundu və buda Almaniyaya öz aqressiv planlarını həyata keçirmək üçün zəmin yaratdı. Münxen sövdələşməsindən sonra Hitler Çexoslovakiyanın Sudet vilayətinə ordu yürütdü və oranı işğal etdi. Bu işğalın nəticələri göz qabağındadır. Almaniyanın bu addımı XX əsrin ən qanlı-qadalı müharibəsi olan İkinci Dünya müharibəsinə gətirdi və 50 mln insanın həyatına son qoydu.
Göründüyü kimi Dağlıq Qarabağ hadisələri Çexoslovakiya ssenarisi üzrə inkişaf edirdi. Prosesin aktiv fazaya keçməsi üçün ixtişaşlar lazım idi və onlar daxildən idarə olunmaqla Ermənistan xüsusi orqanları tərəfindən təşkil olunmuş və Sumqayıtda həyata keçirilmişdir. Sovet güc strukturlarının yaranmış şəraitdə üzərlərinə düşdüyü vəzifələri icra etməməsi və fəaliyyətsizliyi bu provokasiyanın təşkilatçıları sırasında diqər maraqlı qüvvələrin olduğunu güman etmək olar. Sumqayıt hadisələrinin düşünülmüş və təşkil olunmuş xüsusi bir əməliyyat olduğunu, baş verənlərin lentə alınması və ertəsi gün Avropada ermənilərin azərbaycanlılar tərəfindən soy qırıma məruz qalması kimi təqdim olunması faktı da bir daha təsdiqləyir. Hər şey ölçülüb-biçilmiş və öz bəhrəsini vermişdir. Ermənistanın DQMV-nə basqını və Azərbaycanın 20% ərazisinin işğalı əsaslandırılmış və buna dünya ictimaiyyəti tərəfindən bəraət qazandırılmışdır.
Erməni siyasətçilərinin, o cümlədən, Paşinyanın sevə-sevə təkrarladıqları “Xalqların öz müqəddəratını həll etmək hüququ” şüarı Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilərə tədbiq edilə bilməz. Ona görə ki, bir xalq neçə dəfə öz müqəddəratını həll edə bilər? Ermənilər bir etnik qrup kimi artıq öz müqəddəratını həll etmiş və Ermənistan Respublikası adlı dövlətə sahib olmuşlar, öz dövlət sərhədlərində azad inkişaf etmək imkanlarını əldə etmişlər. Məlumdur ki, bu şüar altında Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilər Azərbaycanın yeni ərasilərini mənimsəmək və Ermənistana birləşmək məqsədi güdür. Beləliklə, bu şüar Ermənistanın işğalçı siyasətini həyata keçirmək üçün bir vasitədir. Azərbaycanın 20% ərazisinin işğalı bu fikrin düzgün olduğunu bir daha təsdiqləyir.
Balkanlardan öncə humanitar faciə burada, Cənubi Qafqazda baş vermişdir. Azərbaycan xalqının faciəsinə biganə qalan bütün dünyanın gözü qarşısında siyasi avantyuranın qurbanları olan 1 mln Qarabağın dağlığ və aran hissəsinin azərbaycanlıları öz vətənlərində qaçqına çevrilmişlər.
Xüsusi qeyd etməliyik ki, Sumqayıt hadisələrindən öncə 250 mindən artıq köklü, yerli azərbaycanlılar Ermənistandan terror vasitəsi ilə vəhşicəsinə qovuldu. Ermənistanda azərbaycanlılara qarşı repressiyaları təşkil edənlər, “Sumqayıt hadisələrini” xüsusi ssenari üzrə həyata keçirtdilər və Azərbaycan xalqını dünyaya vəhşi, barbar xalq kimi təqdim etdilər. Erməni əli ilə yüksək səviyyədə həyata keçirilmiş “Sumqayıt əməliyyatı” azərbaycanlıların Ermənistandan soy qırıma məruz qalıb qovulması faktını kölgədə qoydu. Sumqayıt hadisələrindən sarsılmış və nəyin baş verdiyini axıracan dərk etməyən Azərbaycan xalqı uzun müddət əsil həqiqətin üzə çıxması uğrunda mübarizə aparmaq məcburiyyətində qaldı. Əvəzində ictimai fikri formalaşdıran siyasətbazlardan Azərbaycan xalqının ünvanına çox saylı təhqirlər səsləndi. Bizi eşidmirdilər. Daha doğrusu eşidmək istəmirdilər.
Məqalədə müəllif “Böyük Ermənistan” ərazisi haqqında maraqlı məlumatlar verir. Gətirilən dəlillər sübut edir ki, bu uydurulmuş dövlətin xəritəsinə Rusiyanın Rostova qədər əzəli torpaqları olan Armavir, Stavropol, Krasnodar əraziləri də daxil edilmişdir. Bunu nəzərdən qaçırmaq olmaz və bu düşündürməlidir. Earmənilərin himayədarları bilməlidirlər ki, erməni faktoru yaxın gələcəkdə Rusiya Federasiyasının da dağılmasına səbəb olan amillərdəndir.
Zaman hər şeyi öz yerinə qoyur. Tarixi hadisələr uzaqlaşdıqca həqiqət üzə çıxır. Biz Sizi Həqiqət ilə üz-üzə buraxırıq. Qərarı özünüz verin.
Tarix elmləri doktoru Vəfa Quli
Sumqayıt faciəsi. Nədən başlayıb və necə olub
SSRİ və Azərbaycan DTK-nın arxiv sənədləri əsasında
Müəllif haqqında: Lev Əsgərov – SSRİ Jurnalistlər İttifaqının üzvü, SSRİ və Azərbaycan Yazıçılar ittifaqlarının üzvü, “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri, “Trud” qəzetinin Azərbaycan və Dağıstan üzrə xüsusi müxbiri.
Teqlər: sssr, azərbaycan, ermənistan, münaqişə, sumqayıt, qırğınlar, arxivlər, dtk, eduard qriqoryan
SSRİ DTK arxivinin əməkdaşının masaya qoyduğu sənədlərlə dolu bir yığın qovluqların arasından ən üstdəki qovluq diqqətimi çəkdi. Onun üzərində adı məlum olmayan bir dəftərxanaçı xəttatlıq yazı ilə bu sözləri əks etmişdi:
Əvvəlcədən onu da qeyd edim ki, o zaman mənə tanış olmağıma icazə verdikləri arxiv materiallarının əksəriyyəti məlumatlardan, böhtanlardan və “orqanların nəzərinə çatdırılmalardan” ibarət idi ki, bunları da sayıq sovet vətəndaşları adətən imzalamırdılar. Odur ki, öz dostlarının, həmkarlarının və hətta qohumlarının başlarını DTK-nın cəzaverici qılıncı altına qoyan epistolyar janrın zəhmətkeşlərinin adlarını öyrənməyim, bunu heç vaxt istəmədiyim halda belə, artıq mümkün deyil…
Üzərində I rum rəqəmi yazılmış adıçəkilən qovluğa gəlincə isə, onun içində olduqca maraqlı bir sənədə rastladım - SSRİ DTK-nın sədri general-polkovnik Vladimir Yefimoviç Semiçastnı adına yazılmış Azərbaycan SSR DTK-nın əks-kəşfiyyat polkovniki Tomaz Georgiyeviç Kariçadzenin təhriri məruzəsinə. Məruzənin məzmununu, necə deyərlər, birnəfəsə oxudum və nəinki bir neçə çıxarış etməyi çatdırdım, hətta arxiv işçisinin olduqca sərt qadağasına və xəbərdarlığına baxmayaraq, yazıları Lubyankadakı sarı evdən çıxara bildim.
Ədalət naminə qeyd edim ki, heç kim üstümü axtarmağı düşünmürdü: 1990-cı il idi, Lubyankanın dəhlizlərində darıxdırıcı çaşqınlıq və laqeydlik ab-havası hökm sürürdü, pəncərənin arxasında isə nə vaxtsa böyük olan bir ölkə yavaş-yavaş yoxluğun uçurumuna yuvarlanırdı…
Lakin geri dönək Kariçadzenin təhriri məruzəsinə. Təbii ki, bu sənədin məndə oyatdığı maraq təsadüfi deyildi. Tezliklə Sumqayıt faciəsinin iki illiyi tamam olacaqdı. Sov.İKP MK-nın Siyasi Bürosunda və müvafiq olaraq milyonlarla tirajla dərc edilən bütün qəzetlərdə onlarla insanın ölümünə səbəb olmuş faciə “etnik zəmində törədilmiş Sumqayıt qırğını” adlanırdı və çap olunan sözün həqiqiliyinə və dürüstlüyünə kor-koranə inanan sovet adamlarına ermənilərə nifrət hissi bəsləyən azərbaycanlıların onlara qarşı necə bir qanlı qırğın törətdiyindən bəhs edirdi. SSRİ Prezidenti Mixail Qorbaçov Sumqayıt faciəsi barəsində apaşkar və intensiv olaraq tirajlanan yalanı açıq şəkildə dəstəklədikdən sonra isə, Sumqayıt qırğını barədə “həqiqət” 32 il əvvəl baş vermiş hadisələrin rəsmi versiyasına çevrildi, hansı ki bu gün məktəblərdə tədris olunur, “şahidlər” tərəfindən danışılır və Vikipediyada işıqlanır.
Çox istərdim ki, tələbələrinin sözlərinə görə hələ də sağlam ağıla və möhkəm yaddaşa malik olan Mixail Sergeyeviç Qorbaçov, eləcə də Sumqayıtda törədilmiş faciəni xatırlayan on milyonlarla keçmiş SSRİ vətəndaşı bu faciənin nədən başladığı haqqında təsəvvür yaratmaq üçün polkovnik Kariçadzenin hələ 1963-cü ilin sentyabrında yazdığı təhriri məruzəsini diqqətlə oxusunlar (!![E2] ).
Budur o (yazı üslubu olduğu kimi qorunmuşdur):
“Yoldaş general!
Dəfələrlə ünvanladığım xidməti məruzələrə baxmayaraq, rəhbərliyimin lazımi diqqəti yetirmədiyi bir məqamı Sizin nəzərinizə çatdırmağı özümə borc hesab edirəm. Yeri gəlmişkən, deyəcəklərimdə qaldırılan məsələlər ölkənin dövlət təhlükəsizliyi ilə bilavasitə əlaqəlidir. Məsələnin məğzi isə aşağıdakı kimidir.
Mən son dərəcə əminəm ki, respublikanın erməni əhalisi arasında Bakı və Stepanakertin qriqoryan kilsələrinin din xadimlərinin qüvvələri tərəfindən azərbaycan xalqına qarşı nifrətin təbliğini özündə əks etdirən gizli və eyni zamanda bütün konspirasiya qaydalarına uyğun olaraq təşkil edilmiş təxribat işləri aparılır.
Onların daxilində xristianlığın dini postulatları altında gizlənən və olduqca aqressiv olan daşnak cərəyanının təşviqatçı döyüşçülərini hazırlayan kurslar fəaliyyət göstərməkdədir. Təlim alanların yeni tərkibinə daxil etdiyimiz agentimizin iddiasına görə burada mühazirələr Eçmiədzin [E3] emissarları tərəfindən oxunulur. Mühazirələrin və praktik məşğələlərin məzmunu Azərbaycan Nazirlər Sovetinin Dini İşlər üzrə İdarəsində qeydiyyata alınmış rəsmi proqramın mövzularına uyğun gəlmir. Onların qeydə alınması qəti qadağandır. Dinləyicilərdən biri, yaddaş zəifliyi ilə seçilən məişət texnikası üzrə mexanik Gena Manukyan, materialın və sonradan işləyəcəkləri şəxslərə effektiv təsiretmə üsullarının təfərrüatlarının konspekt tutarkən ifşa olunmuşdu. İki gün sonra günün günorta çağında Ermənikənd bazarında naməlum bir şəxs iti iskənəni onun arxasından düz ürəyinə sancmışdı.
Cinayət faktı ilə bağlı Nərimanov RDİO-nun qaldırdığı cinayət işi üstü açılmayan işlər sırasındadır. Maraqlısı odur ki, cinayət törədildiyi günün axşamı Bakı erməni kilsəsində kursların keçirildiyi zaman eçmiədzin mühazirəçisi “alovlu vətənpərvərin” vəfatını elan etmiş və onun qətlə yetirilməsində azərbaycanlıları ittiham edərək, “biz də bu cür alçaqcasına hər yerdə və hər yanda məhv etməliyik” (emissarın çağırışını sözbəsöz çatdırıram) sözləriylə çıxış etmişdir.
Təlim strukturunun nəzdində qatı millətçi cinayətkarlar tərəfindən hazırlanmış və yaxşıca məxfiləşdirilmiş döyüş qrupunun olduğuna dair agentimizin tutarlı əsasları vardır. Qrupun hər iştirakçısı yaxşı məvacib alır. Məlumatlarından birində agentimiz özünü Kirovakan keçidinin xadimi kimi təqdim edən Qaspar ata tərəfindən oxunulan belə mühazirələrdən birinin fraqmentini xatırlamışdı. (Həqiqətən də belə adda bir keşiş var, lakin bizim adamımıza təqdim olunan şəklinə görə onun həmən məruzəçi ilə heç bir əlaqəsi yox idi).
Yuxarıda qeyd olun fraqmenti nəzərinizə çatdırıram:
«…Biz yer üzündə az sayda qalmışıq. Biz dağınıq halda yaşayırıq. Düşmənlərimiz bizi bölüblər. Onlar buna nail ola biliblər. Amma mübariz ruhumuzu sındıra bildilərmi? Bənzərsiz ağlımızın alovunu söndürə bildilərmi? Ulu əcdadlarımızın qəlbimizdə buraxdığı müqəddəs amalı boğa bildilərmi?.. Xeyr! Öz xalqını sevən, erməni qanına bolca bürünmüş tarixini tanıyan və adlı-sanlı əcdadlarına ehtiram bəsləyən ən azı bir erməni sağ ikən onlar heç vaxt bunu bacarmayacaq. Biz keçmişimizin qəhrəmanları ilə fəxr edirik. Onlar yaratdıqları Böyük Ermənistanı qoruyub saxlaya bilmədiklərinə görə günahkar deyillər. Onlar aramızdan ən pisinə belə layiq olmayan mədəniyyətsiz, vəhşi barbarlar olan düşmənin üstün olduğu qanlı döyüşlərdə həlak olmuşdur.
Roma və dünya bizim qarşımızda lərzəyə gəlirdi. Biz özümüzə, ələlxüsus da öz düşmənlərimizə rəhm etmədən indi Moskva adlanan yeni Romanın qarşımızda lərzəyə gəlməsi üçün əlimizdən gələni etməliyik və buna borcluyuq. Və harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən də elə budur. Həm burada, həm Sovet İttifaqında, həm Fransada, həm də Amerikada hər erməninin uğuru bütün xalqın uğuru, artıq yaxında olan qələbəmiz üçün əhəmiyyətli töhfədir.
Bütün ermənilərin katolikosu Zati-müqəddəsləri son moizələrindən birində belə demişdi:
“Bizdən daha parlaq, daha böyük xalq tanımıram. Yer üzündə aramızadakı məsafənin nə önəmi var ki?.. Heç bir! Ən əhəmiyyətli və keçilməz məsafə – kilometrlər deyil, ruhların qarşılıqlı əlaqəsinin olmamasıdır. Biz, Uca Yaradanın şəxsən yaratdığı yeganə millət, bu qabiliyyətə sahibik. Bizim ruhlarımız bir-birini aydın şəkildə hiss edir. Bir-birilərini tanıyırlar... Rəbbimizin bu lütfündən istifadə etməmək və başıbəlalı xalqımıza öz ümumdünya şöhrətini geri qaytarmamaq günahdır, böyük günahlardandır. Onun dəstəyi – bizim qələbələrimizin rəhnidir…”
Bir də Zati-Müqəddəsləri buradan, qəddar düşmənimizin yuvası olan Azərbaycandan, kifayət qədər pul vəsaitlərinin daxil olmadığını diqqətə çatdırdı. Onlara, Azərbaycanda yaşayan ermənilərə, xatırlatmaq lazımdır ki, Kamo və Şaumyan kimi tanınmış kommunistlər millətin gələcəyi naminə edilən səxavətli ianələrə əl uzatmadılar. Anastas Mikoyan kimi görkəmli dövlət xadiminin, Baqramyan, Babacanyan kimi dünya şöhrətli marşalların və görkəmli elm və mədəniyyət xadimlərinin ailələri bu ianələri mütəmadi olaraq edirlər…
Ümummlli xəzinəyə ainə etməməyi Eçmiədzin [E4] satqınlıq və xəyanət hesab edir. Satqınlıq və xəyanətə görə isə gec-tez cavab verməli olursan... Belələrini siz sorğu-sual edəcəksiniz. Zati-Müqəddəsləri sizlərə, kurs dinləyicilərinə, böyük ümidlər bəsləyir. Sizlər də bu kursları bitirəndən sonra bu cür təlimlər keçəcək, lazım gələrsə isə qohumluğunun mənşəyini unutmuş insanlar arasında sərt fəaliyyətlə məşğul olacaqsınız. Onların yaddaşlarının geri qaytarılmasına ehtiyacları var. Hətta bunu beşbarmaq, bıçaq və ya güllənin gücünə etmək lazım gələrsə. Zati-Müqəddəsləri bu savab əməli sizlərə həvalə edir. Onun xeyir-dualı şüarını sizlərə çatdırıram: “Məqsəd vasitələri doğruldur!”...
Yoldaş general!
50-ci illərdə xaricdən öz vətəninə qaytarılmış yüz minlərlə erməni ailəsinin yuxarıların göstərişi ilə azərbaycanlıların aborigen qismində yaşadığı Ermənistan ərazisində məskunlaşdırılmasını da kifayət qədər düşünülməmiş bir fakt hesab edirəm. Sonuncular çox vaxt zorla Azərbaycana göndərilirdi. Bu hal, mənim fikrimcə, yalnız Lenin milli siyasətinə zidd deyil, həm də gözlənilməz nəticələrin elementlərinə səbəb ola bilər... Görünür ki, bizim analitiklərimiz qeyd etdiyim problemi bizim dəvət etdiyimiz erməni repatriantların kimin tapşırığı ilə və niyə məhz bu şəkildə məskunlaşdıqları nöqteyi nəzərindən baxmayıblar. Mən onların dislokasiya xəritəsini hazırlamışam. Sizə bildirmək istərdim ki, maraqlı bir mənzərə alınıb. Budur o: Rusiya Federasiyasında - Rostov vilayəti, Krasnodar və Stavropol diyarları; Gürcüstanda - Tiflis, Ahalsıx, Kolxida, yəni Abxaziya; Azərbaycanda - Dağlıq Qarabağ, Qazax-Kirovabad zonası, gənc Mingəçevir və tikilməkdə olan Sumqayıt. Beləliklə, erməni repatriantların yerləşdirilmə yerlərini çızmaqla biz dənizdən dənizə və Rostova qədər olan ərazini, yəni mifik Böyük Ermənistanın daşnak xəritəsinin relyef konturunu əldə etmiş oluruq”.
Bu məruzənin məzmunu məni o qədər sarsıtdı ki, Bakıya qayıtdıqda Azərbaycan DTK-sının kadrlar üzrə sədrinin keçmiş müavini Quliyev Nuri Həsən oğlu ilə görüşməyə tələsdim.
“Kariçadze? – deyə Quliyev soruşdu. – Əlbəttə, xatırlayıram! Əfsanəvi şəxsiyyətdir! Xoşbəxtlikdən, Beriya və Bağırov dövrünün çekistləri olan bizlərə Xruşşevin orqanları təmizlimə süpürgəsi toxunmadı: Azərbaycanda repressiyalar tüğyan edən zaman biz onunla xaricdə işləyirdik. Mən İranda, Tomaz Georgiyeviç isə - İspaniyada. Yeri gəlmişkən, Mİ-6 ingilis kəşfiyyatının rəhbərlərindən biri olan Kim Filbini məhz onun cəlb etdiyini düşünürəm...
Kariçadzenin məruzəsinə gəlincə isə, onun karyerasına son qoyan da elə həmin məruzəsi olmuşdur: onu dərhal təqaüdə göndərdilər, tezliklə isə polkovnik gözlənilmədən vəfat etdi. Tomaz Georgiyeviçin ölümünün təsadüfi olmadığına dair çekistlər arasında şayiələr gəzirdi, axı biz hər şeydən şübhə edən bir xalqıq. Bunun səbəbi və əsası isə bu hesabatın məğzinin Moskvanın nüfuzlu şəxslərinin maraqlarına toxunması idi...”
Aydın məsələdir ki, polkovnik Kariçadzenin ölüm səbəbləri haqqında çekistlərin arasında yayılan şayiələri təsdiq və ya təkzib edə bilməyəcəm. Lakin məndə şübhə doğuran qəribə bir məsələ var: məhz SSRİ DTK-sının sədri Vladimir Semiçastnı Kariçadzenin məruzəsini onun bilavasitə rəhbəri olan ordu generalı Semyon Tsviquna “Yoldaş Tsviqun, aydınlaşdırın və qiymətləndirin! Polkovnik xəyala qapılır! Semiçastnı” kimi şiddətli bir qətnamə şəklində ünvanladığı bir dövrdə Siyasi Büroda Nazirlər Sovetinin sədr müavini Anastas İvanoviç Mikoyanın SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilməsi məsələsi həll olunurdu.
Beləliklə, erməni millətçi gizli fəaliyyətinə faktiki olaraq dəstək göstərməkdə Mikoyanın ittiham edildiyi sovet əks-kəşfiyyatının yüksək vəzifəli zabitinin rəsmi məruzəsi Anastas İvanoviçin karyerasının qabağına kötük itələmək rolunu oynaya bilərdi. Şübhəsiz ki, nə o, nə də onun Siyasi Büro və SSRİ DTK-sında olan adamları heç bir halda buna imkan verə bilməzdi...
Əsrin dörddə biri keçdikdən sonra isə, 27 fevral 1988-ci ildə, polovnik Tomaz Kariçadzenin Kremlin yüksək vəzifəli şəxslərini xəbərdar etdiyi hadisə baş verir.
Sumqayıt silkələndi…
...V nömrəli qovluqda daha bir maraqlı sənədə rastladım – Siyasi Büroya və şəxsən baş katib Qorbaçova ünvanlanmış “Açıq məktub”. Bu məktub partiyanın uzağı görməyən siyasətini kəskin şəkildə tənqid edir, Sumqayıt qırğını və 1990-cı il yanvarın 20-də Mixail Qorbaçovun əmri ilə Sovet Ordusunun bölmələrinin Bakıya soxularaq azərbaycanlı, rus, yəhudi, tatar, ləzgilərdən ibarət yüzlərlə şəhər sakinini amansız atəşə tutduğu və tankların tırtılları altında əzdiyi o “qara Yanvar” haqqında həqiqətləri ortaya çıxarırdı...
Bu sənədi 26 məşhur şəxs imzalamışdır. Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, akademik A.Mirzəcanzadə, Ali Partiya Məktəbinin professoru məşhur politoloq A.Milman və Azərbaycan Kommunist Partiyasının MK-sinin birinci katibi V.Kesarın soyadlarının altından karandaşla xətt çəkilmişdir. Ehtimal ki, bunu M.Qorbaçovun köməkçisi və ən yaxın silahdaşı Georgi Şahnazarov etmişdir, çünki birinci səhifənin küncündə eyni xətlə və eyni karandaşla belə yazılmışdı: "Vladimir Kryuçkova!"
SSSR DTK-sının (yenə də DTK!!) sədri Qirbaçovun müraciətinin məğzini düzgün anlamışdı və bir neçə həftə sonra gözlənilmədən Kesar və Milmana ABŞ-a mühacirət etmək icazəsi verildi, akademik Mirzəcanzadənin ətrafında guya onun qeyri-ənənəvi cinsi oriyentasiyalı olduğuna dair şayiələr artmağa başladı, Bunyatova bildirildi ki, Kremlə qarşı oyun oynamaq lazım deyil... Bir sözlə, imza edənlərlə razılaşmadıqlarını bildirmək, pamflet şəklində yazılmış məktubu isə DTK-nın arxivində “Əbədi saxlanılsın!” qeydi ilə gizlətmək üçün hər şeyi edilmişdi.
Məlum səbəblərə görə 33 səhifədən ibarət olan sənədi tam açıqlamayacam, əvəzində isə onun məzmunundakı dəlillərlə kifayətlənəcəm, hansılar ki, fikrimcə, nəticədə Sumqayıt faciəsinə səbəb olan siyasi məzmunu izah edir:
“…Cənab Qorbaçov!
Sizə və Sizin rəhbərlik etdiyiniz partiyaya müraciət edənlər son vaxtlaradək Ermənistan əhalisinin demək olar ki yarısını təşkil edən həmən o 7 milyon azərbaycanlıların arasından olan kəslərdir.
Sizə müraciət edənlər Sizin səhlənkarlığınız və iradəsizliyiniz nəticəsində doğma evlərini, üzümlüklərini və məzarlarını tərk etməyə məcbur edilərək Ermənistandan zorla qovulan həmən o kəslərdir...
Yoldaş Qorbaçov, dillərində danışdığımız və onların öz torpaqları üzərində sahib olma hüquqlarına hörmət etdiyimiz bizim qonşu ermənilərin bizləri necə küçəyə atdığını, qədim azərbaycan qəbiristanlıqlarındakı məzarları necə bir vəhşiliklə dağıtdıqlarını və zülmkarların Sizin adınızı, Mixail Sergeyeviç, necə fərəhlə çəkdiklərini bir görsəydiniz!..
Yoldaş Qorbaçov, döyülmüş analarımızın, təcavüzə uğramış bacılarımızın, qan ağlayan qardaşlarımızın və gücdən düşmüş övladlarımızın erməni qonşularımız tərəfindən necə daşqalaq edildiklərini, arxalarınca tüpürüldüyünü və hoydu-hoyduya götürülərək qoyun kimi şərqə, Azərbaycana, qovulduqlarını bir görsəydiniz.
Sizə müraciət edənlər hələ 1950-ci illərdə Ermənistandan sıxışdırılaraq çıxarılmış, hazırda isə köklü sumqayıtlılar hesab edilən, parlaq kommunist gələcəyinin kimyaçı və metallurqlara vəd etdiyi Xəzərdəki Komsomolsk adlı yeni möcüzəli şəhəri inşa etmək üçün doğmaları, partiya və hökümət tərəfindən susuz yarımsəhraya tərk edilmiş həmən o 200 min əhalidən olan kəslərdir.
Biz 200 min sumqayıtlıların sırasından olan həmən kəslərik ki, doğma Sov.İKP-nin qayğısını əyani şəkildə ifadə edən xarabalıqlarımız heç vaxt nə Mərkəzi, nə də regional Televiziyada göstərilməmişdir. Çoxmillətli Sovet xalqı Sumqayıtın qaza və buxara hopmuş havasının, solğun bitki örtüyünün niyə kölgə salmadığının, Xəzərin tullantılarıyla necə çirkləndiyinin, sonsuzluqdan əziyyət çəkən qadınlarımızın, altı yaşına çatmamış oğul və qızlarımızı dəfn etdiyimiz dünyanın yeganə uşaq qəbiristanlığının, yenidoğulmuşların xəstə genofond əlamətləri ilə körpə eybəcərlər kimi dünyaya gəldiyi qüsurlu doğum evimizin fərqində belə deyildi...
Mixail Sergyeviç, Allah şahiddir ki, biz uzun müddət dözdük və gözlədik. Yalvararaq ayağınıza düşürdük, çarəni Sizdə axtrarırdıq, Sizin müdrikliyinizə və anlayışınıza ümid bəsləyirdik. Lakin Siz susurdunuz. Və ya coşqunluğumuzu “...Dağlıq Qarabağ ətrafında problemlər” sevimli ifadənizlə sakitləşdirməyə çalışırdınız ki, bu da gərginləşən etnik qarşıdurmanı tədricən millətlərarası qanlı savaşa çevirirdi.
Və həmin gün güman ki gəlmələr olan bir dəstə yad adam Sumqayıtın küçələrinə axışaraq “Erməniləri döyün! Lap bizi dödükləri kimi döyün!” deyə bizim dilimizdə bağırmağa başlayanda, bizim Sizə olan imanımız, Mixail Sergeyeviç, tamamilə yoxa çıxdı. Təxribatçıların çağırışları, şəhərimizin küçələrindəki bıçaqlaşma qoxusu və qan Sizin görünməz hala gətirdiyiniz hər birimizin içindəki o milli qürurumuzun və insan ləyaqətimizin barıtını alovlandıran qığılcıma çevrildi...”
İndi isə Sumqayıt qırğını ilə birbaşa əlaqəli olan faktlarla bağlı.
Bu kədərli hadisələrdən qısa müddət sonra. “İzvestiya” qəzetinin əlavəsi olan “Soyuz” həftəlik qəzetində müxbir kimi çalışdığım dönəmdə, Azərbaycanın ən yaşlı jurnalistlərindən biri, “Sumqayıt Kommunisti” şəhər qəzetinin baş redaktoru Rəfail Şik mənə müraciət edərək xahiş etdi ki, onun Sumqayıt faciəsinin iç üzünü ifşa edən materialını "Soyuz" qəzetində dərc edim. Məlum oldu ki, Şikə öz məqaləsini qəzetdə çap etməyə icazə verməyən şəhərin partiya rəhbərliyi idi.
Lakin mənim Moskva rəhbərliyim də Şikin materialını dərc etməkdən həmçinin imtina etdi. Məgər ki, Kreml və şəxsən Mixail Qorbaçov Sumqayıtda baş verənləri tamamilə fərqli bir şəkildə görür və izah edirlərmiş, odur ki mətn müəllifə qaytarılmalı və artıq bu mövzuya toxunulmamalıdır.
Moskvalıların Şikin materialını dərc etməkdən imtina etməsi məni məyus etməkdən çox əsəbiləşdirdi. O vaxtlar Sumqayıt hadisələri haqqında çox sözlər yazılırdı, hamısı da, bir qayda olaraq, eyni mövzuda: azərbaycanlı millətçilər Dağlıq Qarabağ itkisinin heyfini şəhərin erməni sakinlərindən çıxaraq, onlara qarşı qanlı qırğın törədiblər.
Şikin təqdim etdiyi faktlar isə faciənin sovet cəmiyyətinin düşüncəsində oturuşmuş mənzərəsini kökündən dəyişirdi, lakin heç kim onu dərc etməyə cəsarət etmirdi. Rəfail Şik üçün o vaxt edə biləcəyim tək şey onun Sumqayıt hadisələrinin şahidi qismində hekayəsini yazmağım idi.
“Şəhər partiya qəzetinin redaktoru olaraq bilirdim ki, gecə gec saatlarda, demək olar ki səhərə yaxın, Ermənistandan olan qaçqınlarla dolu bir sərnişin qatarı Bakının Sabunçu stansiyasına çatmalıdır, və həmin soyuducu vaqonda Ermənistanda öldürülən azərbaycanlıların 52 cəsədi daşınır. Vəfat edənlərdən altısının qohumlarının Sumqayıtda yaşadığı da mənə məlum idi. Bu barədə partiyanın Sumqayıt şəhər komitəsinin birinci katibi Cahangir Müslümzadə şəhər partiya komitəsinin təcili çağırılmış bürosunda tam gizli olaraq məlumat vermişdi.
- Yoldaş Şik, Siz bu haqda yazmamalısınız, - deyə birinci katib sərt şəkildə göstəriş vermişdi. Ailələrdən gələn adi yas elanlarıyla, dostların və yaxınların başsağlığı ilə kifayətlənin. Hər şey həmişəki kimi olmalıdır. Bu, burada olanların hamısına aiddir...
Müslümzadə bir az pauza verdi, sonra isə şəhər milis idarəsinin rəisi Xanlar Xəlilova müraciət etdi.
- Polkovnik, ictimai asayişə xüsusilə nəzarət etməyinizə ehtiyac yoxdur. Bakı HHM bölmələrinin hərbi qulluqçuları bununla məşğul olacaqdır. Bu yuxarının, MK-nin, göstərişidir... Büroya başlamazdan bir qədər əvvəl dairə komandiri general Zaytsev mənə zəng vuraraq Sumqayıtdakı hərbi patrullara maneçilik törətməməyim barədə xəbərdar etdi...
Redaksiyaya qayıtdıqda müxbirə təcili olaraq Bakıya yola düşməyi, İrəvandan gələn qatarı qarşılamağı, bir neçə şəkil çəkməyi və mümkün olarsa qaçqınlarla danışmağı tapşırdım.
Hardasa gecə yarısından sonra o mənə zəng edərək Sabunçu vağzalının əsgərlərlə əhatə olunduğuna və heç kimin platformaya buraxılmadığına görə tapşırığı yerinə yetirə bilmədiyini bildirdi...
Səhər vaxtı səhər yeməyində bayırdan gələn qəribə bir səs eşitdim. Qapını açdıqda döşəmənin üstündə bir zərf gördüm. Onun içində bir neçə fotoşəkil və iri tipoqrafik şrift ilə rus və azərbaycan dillərində “Vətənpərvər ol, ermənilər tərəfindən günahsız yerə edam edilmiş insanları son mənzillərinə yola sal!” sözləri yazılmış qatlanmış bir kağız gördüm. Və yalnız bundan sonra şəkillərə diqqətlə baxdım. Sizə deyim ki, qorxunc və şübəhsiz olaraq bir peşəkar tərəfindən çəkilmişdilər. Şəkillərdən birində gözləri çıxarılmış, boğazından qasığına kimi odluqla xaç damğalanmış, digərində isə cavan qadın əks olunmuşdu. Onun bir döşü kəsilmişdi, ikincisi isə sanki ipdən asılmış tək sallanırdı. Daha bir şəkildə üzü bıçaqla çarpaz şəkildə kəsilmiş qoca əks olunmuşdu.
Sonra cinsiyyət orqanları və biləkləri kəsilmiş 17 yaşlarında bir oğlan uşağının şəkli - mənə deyilənlərə görə, bu oğlan bir erməni qızı ilə münasibətdə idi. Digər fotoşəkillərdə asfaltbasan vərdənə ilə əzilmiş İrəvanın Sovetaşen kəndindən olan 40 yaşlı bir kişi, ağzı cırılmış Leninakanlı bir qoca qadın, başı bədənindən ayrılmış Kirovakanlı bir oğlan əks olunmuşdular...
Bir peşəkar kimi mən fotoşəkillərin fonuna və ayrı-ayrı detallarına diqqət yetirməyə bilməzdim. Şəkillərdən görünürdü ki, onlar nə İrəvan qatarının vaqonunda, nə də ki Bakı vağzalında deyil, bu dəhşətli vandalizm aktlarının törədildiyi yerlərdə qabaqcadan çəkilmişdi. Həmin an ürəyimin bulandığını xatırlayıram. Üstəlik də bu zaman iki sanitar və bir həkim mənim qonşum Validə Əsədovanı yuxarı mərtəbədən xərəkdə düşürürdü. Mən soruşdum:
– Nə baş verib?
– Əlamətlərə görə infarktdır, - deyə həkim cavab verdi və sanitarları qabağa buraxdı. - Hansısa əclaf bu şəkilləri sakinlərin qapısının altına qoyub, qadının da ürəyi tab gətirməyib... Bu, artıq üçüncü çağırışımızdır, hamısı da həmin bu zərflərə görədir. Alçaqlar az qala bütün şəhərə səpələyiblər!..
Eşitdiklərim məni təşvişə salmaya bilməzdi. Dərhal birinci katiblə əlaqə yaradaraq dedim ki, qorxunc şəkillər və çox güman ki Sumqayıtdakı yeganə mətbəədə yığılaraq çap olunmamış vətənpərvərlərə çağırış məzmunlu mətn təhrikçilikdən xəbər verir.
– Bunu mənə məruzə edən yeganə adam deyilsiz, - deyə Müslümzadə cavab verdi. - Yeri gəlmişkən, icra komitəsinin sədri də sizin kimi hesab edir ki, bu, kiminsə pisniyyətli provokasiyasıdır. Hal-hazırda söhbətimizi dinləyən HHM dairəsinin nümayəndəsi polkovnik Yarmolenko isə hər şeyin nəzarət altında olduğuna əmindir. Partiyanın MK-nə də məhz bu cür məruzə edib...
Sonradan məlum olduğu kimi, Yarmolenko ən utancverici şəkildə yalan danışırmış! Şəhərdə heç kim heç nəyə nəzarət etmirmiş. Yuxarıdan olan göstərişlə milisin müdaxilə etməməli olduğu patrulları görmədim. Hər halda, kütlənin vəhşi bağırtısı arasından gələn ümidsiz yardım çığırtılarının olduğu yerlərdə deyil. Sonra polkovnik Yarmolenko müəmmalı şəkildə yoxa çıxdı. Alçaqdan uçan hərbi helikopterlər isə sanki kütlənin alovuna odun atırdı. Talançılar isə onları uzaqdan görən kimi sanki əmrlə yerli əhaliyə xas ciyilti ilə cuşa gəlirdilər. Sonradan məlum oldu ki, helikopterlərdən qırğınların çəkilişi aparılırmış. Kimlərsə bu çəkilişi birbaşa kütlənin arasında aparırmış...
Hamısı redaksiyanın yanından keçərək qəbiristanlığa doğru irəliləyən dəfn mərasiminə qoşulmağımdan başlandı. Dəhşət mənzərə idi!.. Həyəcana qapılmış, aqressiv köklənmiş insanlar elə hey kütləyə qarışırdılar. Çağırış məzmunlu və fotoşəkilli zərflər öz işini görürdü. Kimsə xəlvəti və olduqca peşəkarcasına vəziyyəti kritik nöqtəyə çatdırmaq niyyətində idi...
Təzəcə qazılmış dörd məzarın başında dörd molla dayanmışdı. Onlar yaşıl kitablara zillənərək ölü duaları oxuyurdular. Mən onların birindən beş metr məsafədə dayanmışdım. Və elə bu zaman arxa cərgələrdən adamları itələyərək mollaların yanındakı tabutlara şığıyan bir adam vəhşicəsinə fəryad etməyə başladı:
– Möminlər! Müsəlman qardaşlar! Murdar ermənilər bizləri parçalayır, yandırır, soyur, evlərimizdən qovur... Bizlər isə susuruq!
– Sən haqlısan, İbrahim, haqlısan! – deyə əks tərəfdən məzarlara doğru gələn digər biri onun fikrinə dəstək çıxır. – Yoxsa biz kişi deyilik?! Yoxsa özümüzü müdafiə edə bilmirik?!
– Ermənilər bizi öz evlərimizndən qovurlar, özləri isə düşmən kimi ocaq başımızda, – deyə mərhumlardan birinin yanımda dayanan qohumu dodağının altından deyindi.
Elə bu anda İbrahim adlı həmən o adam üzünü kütləyə çevirib yumruqlarını başı üzərində sıxaraq var gücüylə qışqırdı:
– Həm qovurlar, həm də öldürürlər! Biz isə sanki qoyunuq!..
Lakin özünü azərbaycanlı İbrahim kimi qələmə verən adamın adı tamamilə başqa idi. Bu mənə, necə deyərlər, gizli mənbələrdən məlum idi. Qırğınlardan iki həftə əvvəl bu oğlan tez-tez bizim redaksiyaya gələrək bizdən qəzetin ştatdankənar işçisi olduğuna dair vəsiqə istəyirdi. Müraciət zamanı isə mənə Eduard Qriqoryanın adına olan pasportunu təqdim etmişdi.
– Məni Edik deyə çağıra bilərsiz, – deyə dostcasına təklif etdi. Lakin həmin günün axşamı mənim köhnə dostum, “Kimyaçı” idman cəmiyyətinin sədri erməni Əkbər Balayev, Edik Qriqoryana dəstək verdi.
Əkbər dedi: – Yeremeyiç, mən Ediki yaxşı tanıyıram. Hər ikimizin əsli Dağlıq Qarabağdandır. Hətta mənə qohumluğu da çatır. O, əla oğlandır. Vaxt var idi, onunla Yuxarı kurslarda birlikdə təhsil alırdıq. Onda hamı onu istedadlı təşkilatçı və yaradıcı insan kimi tanıyırdı. Onu bir daha sına!..
Beləliklə, bizim onunla ikinci görüşümüz baş tutdu, və mən Qriqoryana dedim ki, yazdığı materialı gətirəndən sonra biz onu müsbət qiymətləndirsək, ona ştatdankənar vəsiqəni verəcəm. Beləcə də sağollaşdıq.
İndi isə işə bir bax – biz yenə görüşdük!
Sən demə, o, hələ bir İbrahimdir də. İndi də öz erməni soydaşlarını ən ədəbsiz sözlərlə ləkələyir...
Bu vaxt üzərilərində Qurandan cümlələrin yazıldığı köhnə başdaşlarının yanındakı kütlənin dərinliyindən kömək üçün fəryad qopmağa başladı. Bu, doğranmış qohumlarını dəfn edənlərin erməni qonşuları və dostları idi.
Səs-küyün artdığını görən molla duanı yarımçıq qoyub qışqırdı:
– Dayanın! Bu, böyük günahdır! Allah hər şeydən agahdır!..
– Sənin Allahın kordur! – deyə Qriqoryan qışqırdı və artıq mənə tanış olan şəkilləri mollanın üstünə tulladı. - Bax gör onlar bizi nə günə qoyublar!.. Bizim üçün bir yığın şikəst edilmiş adamlarla dolu qatar göndəriblər. Yüzlərlə möminlərin meyitini... Ermənilər onları sənin Allahının qarşısında öldürüblər!..
Qriqoryan təhdidedici sürətdə öküzlənərək mollanın üstünə şığıdı. Molla büdrəyərək boş məzara düşdü.
– Sən Allahsızsan! – deyə əllərini məzardan əsdirən molla qışqırırdı. – Nə sənin, nə də başqa bir insanın mühakimə etməyə haqqı yoxdur! Bu, Allahın işidir! O özü günahkarları cəzalandıracaq! Amansızcasına cəzalandıracaq!..
Ancaq heç kim onu dinləmək istəmirdi. Daha cavan və daha qorxaq olan ikinci molla isə sıx qəbirlərin arasından biabırcasına qaçırdı.
– Axmaqlamayın! – dözməyərək dedim. – Siz nə edirsiz?! Özünüzə gəlin! Adam olun!
Məzara əyilib əlimi mollaya uzatdım ki, onu oradan çıxardım.
– Axmaqlıq edən sənin erməni sifətindir?! – deyə kimsə arxamdan vızıldadı.
Arxaya çevrildikdə eyni anda iki nəfərin mənə tərəf şığıdığını gördüm. Bir az da gəlsəydilər, mollanın yanına yollanacaqdım. Amma son saniyədə mənimlə onların arasında qara plaşlı bir adam peyda olaraq əmrvari şəkildə azərbaycan dilində iki ifadə işlətdi:
– Toxunmayın! Şəhərə gedin!
Bu zaman onlardan biri kiminsə başdaşına cumub, boğazını yırtaraq bağırmağa başladı:
– Möminlər, şəhərə gedin!! Erməniləri qovun!!
– Ermənilərə ölüm! – deyə onlarla adam onların səsinə səs verdi və quduzluq psixozuyla alışıb-yanan bir dəstə adam şəhərə tərəf cumdu...
– Sən isə, Yeremeyiç, günahlardan uzaq dur və burnunu başqasının işinə soxma, - deyə qara plaşlı adam üzünü mənə tərəf çevirdi.
Bu mənim köhnə tanışım Əkbər Balayev idi...
Bəli, həmən insan yığıncağının böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Onların arasında həm ruslar , həm ukraynalılar, həm də yəhudilər var idi. Ümumiyyətlə, sumqayıtlıların əksəriyyəti gənclərdən ibarətdir. Lakin onlara hökm edən ermənilər idi. Bunu öz gözlərimlə görmüşdüm. Sovet partiya möhürünün sonradan ortaya çıxan yalanını öyrənəndə isə adamın sadəcə ürəyi gedirdi! Həm də həyasızcasına və ən vicdansız şəkildə. Belə çıxır ki, 1950-1980-ci illərdə azərbaycanlıları Ermənistandan qovmaq, öldürmək əvəzinə çalğı orkestrinin müşayiəti altında və ayaqlarının altına xalça sərərək yola salıblarmış...
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətllər və vəhşiliklər haqqında, şikəst edilmiş adamlarla dolu qatarlar barədə heç yerdə yazılmırdı və yayımlanmırdı. Bir sözlə, orada baş verən hər şey üçün səssiz dəstək ifadə edilirdi. Bax elə bu məqamda “Aleluya!” kreml ermənilərinə oxunulmalıdır...
Qəbiristanlıqdan şəhər partiya komitəsinə qaçdım. Demək olar ki, bütün heyət birincinin otağına toplaşmışdı. Birinci katibin otağının astanasından içəri daxil olarkən ətrafa qəribə bir süküt çökmüşdü. Əyləşən və ya ayaq üstə olan hər kəs hökumət telefonuyla danışan Cahangir Müslümzadəyə baxaraq donub qalmışdı.
Onun müntəzəm və sərt səsini eşitdim: – Milis rəisinə tapşırmışam ki, bütün mövcud qüvvələri hesabına nizam-intizamı bərpa etsin. Bu qanlı azğınlıqla elə ya da belə əlaqəli olan hər kəsi ələ keçirsin və təhrikçi təxribatçıların adlarını müəyyənləşdirsin. Hal-hazırda o, məhz bununla məşğuldur. Lakin şəhər çilisinin şəxsi heyəti az saydadır. Nə?!.. Bunu əmr etmək üçün mənə kim hüquq verib?! – deyə rəngi qaçmış birinci katib yenidən soruşdu. – Kim yox, nə! Nəzarətdən çıxmış vəziyyət!.. İstinad etdiyiniz hərbçilərə gəlincə isə, ermənilərin öldürüldüyü yerlərdə onları heç kim görməyib!..
Moskvanın təkidi ilə Azərbaycan Kommunist Partiyası MK-si tərəfindən Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən kənarlaşdırılan Cahangir Müslümzadə özü və onu müşayiət edən kommunistlər üçün az qala faciəvi şəkildə nəticələnəcək olan bir epizod haqda danışdı.
– Şəhər partiya komitəsinin qarşısında toplaşmış kütlənin qarşısına çıxaraq onu birtəhər sakitləşdirməyə çalışanda bizi dərhal dairəyə aldılar, bununla da ətrafa ölü süküt çökdü, – deyə Cahangir xatırlayırdı. Kütlənin davranışının ən kiçicik bir təkandan asılı olduğu bir an yarandı. Bu zaman plaş geyinmiş bir şəxs qışqıraraq dedi: “Vurun onları! Hər şeydə günahkar onlardır!”. Və ətrafımızdakı dairə daralmağa başladı. Ancaq bu anda olduqca gözlənilmədən hərbi patrul gəldi və bizi kütlənin əlindən qurtardı...
Həmin gecə mən “Sumqayıtdan əvvəl bütün Ermənistan Sumqayıt idi” başlığı ilə məqalə yazdım, səhər tezdəndən isə materialı çapa göndərdim. Sonradan mənə dedilər ki, sexdəki mətbəə işçiləri az qala məqaləni uca səslə oxuyaraq bu sözləri səsləndirirdilər: “Budur o, əsl həqiqət!”
Materialda bütün Sumqayıtları, bütün Azərbaycanı narahat edən suallar verilirdi. Nəyə görə Moskva Sumqayıta bir yığın istintaq qrupu saldığı halda azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı Ermənistanın heç bir şəhərində heç bir cinayət işi qaldırılmadı? Nəyə görə Ermənistanın heç bir partiya lideri və ya ictimai xadimi azərbaycanlılara qarşı zorakılığı dayandırmaq üçün öz həmvətənlərinə müraciət etmədi? Azərbaycanlıların şikəst edilmiş bədənləri əks edilmiş şəkilləri uyduran və onları Sumqayıt sakinləri arasında yayanlar kimlərdir? Sumqayıt əhalisini yerli erməni əhalisini döyməyə səsləyən əslində kimlərdir?..
Son sualın cavabı çox qısa müddətdə tapıldı: qırğınların təşəbbüskarları etnik ermənilər idi ki, onların da arasından yalnız üçü nəfər Sumqayıt sakini idi. Bu insanlar pulun və vədlərin hesabına azərbaycanlılar arasından kriminal aləmin tör-töküntüsünü cəlb edə bilmişdi. Qırğını törədən də elə sonuncular olmuşdu. Nəyə görə, ən başlıcası isə, bunun kimə lazım olması məsələsi bütün aydınlığı ilə ört-basdır edilmişdi...
Sumqayıt sakini qırğınların fəal iştirakçılarından
Bir sözlə, uydurulmuş deyil, həqiqi faktlarla öz təsdiqini tapmış məqaləm əsl partlayışa səbəb ola bilərdi. Lakin mən mətbəə linotipçisi Zaven Tumasovun "əks-həmləsini" nəzərə almamışdım. Qırğınların dəhşətli iki günü boyunca bu adam daim qulağıma pıçıldayırdı ki, onun həmyerliləri talançı azərbaycanlıları məhz Böyük Ermənistan Fonduna pul verməkdə xəsislik edən ermənilərin ünvanlarına aparırlarmış.
Zaven, Moskva istintaq qrupu üzvlərindən birinə zəng edərək bildirdi ki, sabah şəhər qəzetində Rəfail Şikin yazdığı "kirli məqaləcik" dərc ediləcək. Sonra paytaxt xəfiyyələri desantına rəhbərlik edən general Qalkinin şəxsi əmri ilə nömrə birbaşa olaraq rotatordan çıxarıldı. Məni isə elə həmin axşam vəzifəmdən azad etdilər... Artıq yarım ildir ki, işə düzələ bilmirəm. İsrailə getməli olacam...”
Yeri gəlmişkən, o vaxt rəhbərliyim nəinki Şikin məqaləsini çap etməkdən imtina etdi, üstəlik də partiyanın və hökumətin siyasətini qınayanlar ilə gələcəkdə durub-oturmamağa cəsarət etməməyimlə bağlı məni ciddi şəkildə xəbərdar etdi. Şikin məqaləsi isə hələ uzun müddət boyunca əlyazma şəklində bakılılar və sumqayıtlılar arasında əldən ələ keçdi.
1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının “Elm” qəzetində akademik Ziya Bünyadovun “Niyə Sumqayıt?” adlı məqaləsi dərc edildi. Bu məqalədə müəllif Sumqayıt faciəsini bütün məsuliyyətini Qorbaçovun əhatəsində olan erməni lobbisinin ambisiyalarında görürdü. Təxminən elə həmin vaxtlarda Ermənistan Elmlər Akademiyasının prezidenti, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olan Viktor Hambartsumyan, Bakıdan teleqram almışdı:
“Sizi vicdanlı olmağa səsləyirik! 100 ildən az müddət ərzində üçüncü dəfədir ki ermənilər qardaş xalqlar arasındakı şiddətli qarşıdurmaların təşəbbüskarı olurlar. Ziyalılarınıza müraciət edin, həmvətənlərinizin vəhşiliklərini dayandırın!”
Azərbaycan Elmlər Akademiyasının 200-dən çox əməkdaşının teleqramda imzası var idi. Ancaq 50 milyon tirajla “Pravda” qəzetini nəşr edən ölkə bütün bunlardan xəbərsiz idi...
Zaman həqiqətən də insan əməllərinin ən ədalətli hakimidir. Onun hökmləri bizimkilərdən fərqli olaraq olduqca qətidir və həqiqətən də şikayət edilə bilməz. Həqiqətə uyğun olmayan yalnız bir şey vardır - zaman sağaltmır. Ağrıları unutqanlıqla dindirmək – bax bu mümkündür! Lakin onun müalicəvi gücü yoxdur. İnsan özü-özünün təbibi olmalıdır. Ağrılardan xilas olmaq və elə özünün etdiyi pislikləri yox etmək insanın öz vəzifəsidir. Lakin insanlar unutqanlığı üstün tutaraq bunu etmirlər. Və özüylə kədər gətirən şər faciəvi dövrilik ilə özündən xəbər verir. Bizlər heç nəyə yaramayan təbiblərik...
Mənim iş masamın üstündəki bir neçə kitab bunun bariz sübutudur. Onlardan biri məşhur azərbaycanlı hüquqşünas Aslan İsmayılov tərəfindən qələmə alınaraq 2010-cu ildə dərc edilmiş “Sumqayıt – SSSR-nin süqutunun başlanğıcı” adlı kitabdır. Digəri isə 1987-ci ildən 1991-ci ilədək ABŞ-ın SSSR-də fövqəladə və səlahiyyətli səfiri olmuş Cek Metlokun yazdığı “İmperiyanın ölümü. Amerika səfirinin SSSR-nin süqutuna baxışı”.
Dünya sosializm düşərgəsindəki çəkişmələri bilavasitə Moskvadan izləmiş cek Metlok rus dilinə tərcümə olunmuş kitabında yazır ki, məşhur yenidənqurmanın ssenarisi Vaşinqtonda yazılırmış.
Amerika diplomatının çıxartdığı nəticəni SSSR DTK-nın Birinci Baş İdarəsinin rəhbərinin müavini general-mayor Yuri Drozdov “Qeyri-leqal kəşfiyyat rəisinin qeydləri” adlı kitabda təsdiq edir. Bir sıra təkzibedilməz faktların arasında o bunu da qeyd edir:
“Amerikalı keçmiş kəşfiyyatçılar Moskva səfərlərindən birində Ostojenka küçəsində yerləşən zirzəmi tipli restoranlardan birində şam yeməyi masası arxasında səmimi söhbət əsnasında ehtiyatsız bir ifadə işlətmişdilər: “Siz yaxşı adamlarsız, uşaqlar!” Biz bilirik ki, Sizin qürur duyacağınız uğurlarınız olub... Lakin vaxt keçdikcə bunların üstü açılarsa, ABŞ MKİ-sinin və Dövlət Departamentinin sizin ən yuxarılarınızda hansı agenturaya sahib olduğunu bildiyiniz anda ah çəkəcəksiniz...”
Bu müəlliflərdən hər biri, şübhəsiz ki, öz mövqeyindən və öz məlumat mənbələrindən istifadə etməklə Sumqayıt faciəsi haqqında həqiqətləri üzə çıxartmışdır. Və çox gec olsa belə insanlar bu həqiqətləri bilməyə layiqdir...
“Sumqayıt – SSSR-nin süqutunun başlanğıcı” kitabının müəllifi ilə dəfələrlə ünsiyyətdə olmuşam. Mənə məlum idi ki, Kuban Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Aslan İsmayılov təxminən beş il Stavropol diyarının məhkəmə və prokurorluq orqanlarında çalışmışdır. Və onun bir sıra səs-küylü və uğurla başa çatmış məhkəmə işlərindən sonra İsmayılovun yüksək vəzifəli azərbaycanlı həmkarları onu məhz oradan öz vətəninə köçməsinə müvəffəq olmuşdular. Və beləcə Respublika Prokurorluğunun otaqlarından birinin üzərində "İsmayılov A.Z” lövhəsi peyda oldu. Onun vəzifəsi Respublika məhkəmələrində cinayət işlərinə baxılmasının qanuniliyinin müşahidəsi və nəzarəti idi.
Tezliklə isə Respublika prokurorunun əmri ilə Aslan İsmayılov artıq “Qriqoryan işi” kimi tanınan yeganə Sumqayıt cinayət işi üzrə başlanmış prosesdə dövlət ittihamçısı təyin edilmişdir. Bu işdə baş təqsirləndirilən şəxslə yanaşı onun altı azərbaycanlı əlaltısı da var idi.
Bu qərarı prokuror onunla izah etdi ki, İsmayılovun öz sələfindən fərqli olaraq Stavropolda əldə etdiyi hakimlik işi təcrübəsi də olmuşdur.
Aslanın materiallarla tanış olmaq üçün demək olar ki, vaxtı yox idi: iş materialları ilə dolu bir neçə həcmli qovluq ona elə tam da proses ərəfəsində verilmişdi...
“Və mən səhərə qədər gözlərimi yummadan makinada yazılmış hər bir sətri diqqətlə oxuyurdum, - deyə İsmayılov xatırlayırdı. – İnanmayacaqsan, amma heç yatmamışdım! Lakin gənc olmağım, üç fincan tünd qəhvə və ən əsası, üzüqara çıxmamaq istəyim öz işini gördü. Məhkəmənin mənim iştirakım olmadan keçirildiyi birinci iclasının stenoqramında elə anındaca bir neçə əhəmiyyətli fakt aşkar etdim ki, məhkəmə niyəsə səssizcə bunların üstündən ötmüşdü. Məlum oldu ki, güman ki iş ilə həddindən artıq yüklənmiş məhkəmə sədri işin materiallarını araşdırıb onlarla tanış olmağa macal tapmamışdı. Hələ bu azmış kimi, onun qarşısında duran dosyedə bir sıra əhəmiyyətli sübutlar, izahatlar və ifadələr də yox idi. Nədənsə onları ora qoymağı "unutmuşdular". Buna görə də məhkəməni mənə hava-su kimi lazım olan iki gün sonraya təxirə salınmasını xahiş etdim: "Qriqoryanın işi" mənə bir vaxtlar ümumi ölkəmizin mətbuatının təsvir etdiyi kimi birmənalı görünmürdü. Bu iş üzrə prosesə həsr olunmuş nəşrlərin böyük əksəriyyəti hüquqşünaslığın incəliklərindən anlayışı olan jurnalistlərin obyektiv təhlilindən daha çox diletantların əsassız və hakimiyyət tərəfindən təşviq olunan düşməncəsinə çıxışlarına bənzəyirdi...”
Əlbəttə ki, siyasətdə səriştəli və bu tarixin haradan qaynaqlandığını çox gözəl başa düşən şəxslər də var idi. Lakin onların anlayışı yuxarıların sərt nəzarəti altında idi, ictimai çıxışlar isə operativ şəkildə rədd edilirdi. Məsələn, SSRİ-nin süqutuna görə Qorbaçovun məsuliyyət daşıdığı haqqında Aleksandr Proxanovun "Zavtra" qəzetinin səhifələrində dərc etdiyi ifşaedici məqalələlər silsiləsi timsalında ki, bundan sonra qəzeti dərhal bağladılar, Proxanov isə öz yeganə kürsüsündən məhrum olmamaq üçün həmin nəşriyyatı "Zavtra" adı altında qeydiyyatdan keçirtdi. Məhz bu qəzetin səhifələrində dəfələrlə açıq şəkildə bildirilirdi ki, Qorbaçov tarixi bir səhvdir.
Proxanov Qorbaçovun milli siyasəti və yenidənqurma komandasının fəlakətə aparan yanılmaları tərəfindən tənqid olunan Rusiya ictimaiyyətinin yeganə nümayəndəsi deyildi. Rusiyanın siyasi isteblişmentindəki mötəbər simalardan biri olan professor-politoloq və etnik erməni professoru Sergey Kurginyan bir nüddət öncə belə demişdi: “Tam məsuliyyətlə deyə bilərəm ki, Sumqayıtda vəhşicəsinə ələ salınmaqla və bir sıra ritual hərəkətlərlə ermənilərin qətlə yetirilməsində azərbaycanlıların əli olmayıb. Bunu xarici özəl qurumların nümayəndələrinin cəlb etdikləri kənar şəxslər törədiblər. Biz bu nümayəndələri adlarıyla tanıyırıq və onların hansı strukturlara mənsub olduğunu da bilirik...”
...Aslan İsmayılovun qarşısında bir neçə qalın qovluq var idi ki, onların məzmunu qeydə alınmış ifadələrin, şahidlərin şahidliklərinin və əyani sübutların hər bir səhifəsi ilə nəinki hadisənin obyektiv mənzərəsini yenidən yaratmağa, həm də prosesin özü ətrafında vəziyyəti daha da dərindən anlamağa kömək edirdi...
Hələlik isə məhkəmə iclas zalı, sədrlik edənin soyuqqanlı səsi, barmaqlıqlar arxasında qımıldanan müttəhimlər var idi... Hakim və ya prokurorun suallarına cavab verməzdən əvvəl onlar sualverici nəzərlə Qriqoryana baxırdılar. Əsas müttəhim baxışlarını yerə dikdiyi anda isə onlar dərhal danışıqlarını dayandırır, yaxud da düzəlişlər edirdilər. Əlaltısının cavabı Qriqoryanı qane etdikdə o, müttəhimlər skamyasının söykənəcəyinə söykənərək nümayişkaranə şəkildə ayağını ayağının üstünə aşırırdı.
Bu qatil dəstəsində kimin "fikirlərin hakimi" olduğunu, kimin isə öz “başçılarına” qarşı çıxacaq olmayan “altılığın” dəhşətli hədə-qorxusu ilə sındırılmış şəxs olduğunu başa düşmək üçün xüsusi fərasətə sahib olmağa ehtiyac yox idi.
Bununla belə, dinləmələr zamanı məlum oldu ki, Qriqoryan yalnız əsas təqsirləndirilən şəxs deyil, həm də kiminsə gizli himayəsindən istifadə edirmiş. Və bunun sayəsində o, nəinki əlaltılarının dinləmələrdə dediklərini sözbəsöz bilirdi, həm də maneəsiz olaraq evlə telefon əlaqəsi saxlayaraq, həyat yoldaşı və uşaqları ilə danışa bilirdi. Qriqoryanın bu "güzəşt seansları" zamanı hər hansı bir siqnal və ya məlumat alıb-almadığını artıq müəyyənləşdirmək mümkün deyil...
Bəs onda bu Eduard Qriqoryan necə bir şəxsiyyətdir? Nə üçün o, sumqayıtlıları bu cür canfəşanlıqla qızışdırırdı, niyə öz qohumlarını bu cür qatı mövhumatçılıqla məhv edirdi?.. Cavabı Sovet İttifaqından Sumqayıta ezam edilmiş hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət istintaq briqadasının materiallarında tapmaq olar. Yeri gəlmişkən, bu mütəxəssislər qrupunun tərkibinə etnik ermənilər də daxil idi...
Beləliklə, oxuyuruq: “Qriqoryan Eduard Robertoviç. Doğulduğu yer - Sumqayıt, Az. SSR, 1969-cu il təvəllüdlü. Partiyasız; erməni, boru-prokat zavodunun çilingəri, ailəlidir, iki uşağı var. Az. SSR Cinayət Məcəlləsinin maddələri ilə üç dəfə məsuliyyətə cəlb olunmuşdur. Ümumilikdə 6 il 2 ay 13 gün həbs cəzası almışdır...
...Müttəhimlər Qriqoryanın rəhbərliyi altında Qriqori Mejlumyanın mənzilinin qapısını sındırıblar. O və onun həyat yoldaşı Roza Aşotovna metal boruların parçaları ilə döyülmüş, uşaqları Lyudmila və Karina isə cinsi zorakılığa məruz qalmışdır...
...Qriqoryanın Nəcəfovu, Məmmədovu, İsayevi və başqalarını gətirdiyi həmin mikrorayonun başqa bir binasında onlar qapıları balta ilə sındıraraq mənzildə olmayan Qrant Avanesyanın bütün əmlakının yerlə yeksan etmişlər...
...Cinayət hərəkətlərini davam etdirən Qriqoryan əlaltıları ilə M. Petrosyanın mənzilinə soxulublar. Nəticədə o və azərbaycanlı həyat yoldaşı Şahbalı X. döyülmə nəticəsində həyat üçün təhlükəli olan zədələnmələr almışlar. Evdəki hər şeyi isə sındıraraq yandırmışlar...
...Fevralın 28-də Qriqoryan əlaltılarıyla Emma Qriqoryanı (həmsoyadı) rəzil zorakılığa məruz qoymuşlar. Paltarlarını soyunduraraq ona amansızcasına təcavüz edib, sonra isə çılpaq şəkildə küçəyə çıxardaraq siqaretlə dağlayıb onu rəqs etməyə məcbur etmişlər. O qaçmağa çalışsa da, Qriqoryan onu qovaraq belinə zərbə endirmiş və onurğasını zədələmişdir. Sonra isə armaturu uşaqlıq yolundan onun bağırsağına soxmuşdur...
...Elə həmin gün Qriqoryanın rəhbərlik etdiyi dəstə Manvel Petrosyanın mənzilinə soxulmuşdur. Qriqoryan özü onun arvadı Anjelanın başına balta ilə zərbə endirib ayaqları altına salaraq azğıncasına tapdalamışdır...”
Bu heç də tam olmayan vəhşilik faktlarını mən SSRİ Baş Prokurorluğunun baş ədliyyə müşaviri V. Qalkinin Azərbaycan SSR Ali Məhkəməsinə baxılması üçün göndərdiyi iddianamədən nəzərinizə çatdırıram.
“Bəli, Qriqoryanın kriminal tərcümeyi-halı, - deyə Aslan İsmayılov xatırlayırdı, - sadizmə təbii meylliyi və Əkbər Balayanın (pasportda - Balayev) rəhbərlik etdiyi Sumqayıt “Kimyaçı” cəmiyyətinin karate bölməsində öyrəndiyi döyüş sənəti fəndləri bu əclafa imkan veriridi ki, ətrafındakıların hamısını qorxu və tabeçilik altında saxlasın. Onu da qeyd etməliyəm ki, Eduard Qriqoryan digər təqsirləndirilən şəxslərdən daha ağıllı idi. Hiss olunurdu ki, bu adam "Kimyaçı"da qazandığı karate bacarıqları ilə yanaşı başqa xüsusi hazırlıq da keçmişdi. İstintaq bu versiyanın üzərində işləməyə başladı və hətta Eçmiədzin [E7] və Ermənistanın xüsusi xidmət orqanlarının hamiliyi altında Bakı erməni kilsəsində keçirilən hansısa bir kursların izinə düşdü. Lakin, bu mərhələdə, SSRİ Baş Prokurorluğunun baş ədliyyə müşaviri polkovnik Qalkin istintaqın dərhal dayandırılmasını əmr etdi, çünki, onun dediyinə görə, bu “istintaqı cinayətin özündən uzaqlaşdırır”...
Dindirmə protokollarında bir məqama diqqət yetirdim ki, müstəntiq Bakıdakı erməni kilsəsindəki kurslar barədə soruşan kimi Qriqoryan dərhal özünə qapanıb qalırdı. Lakin: "Bunu niyə etdiniz?" – sualına o, birdən belə cavab verdi:
– Rəis, bütün bu qarışıqlıq mənim üçün Allahın bir lütfüdür! Bu, mənim üçün sanki göydəndüşmə bir uğurdur!..
Belə bir cavab adi bir cinayətkarın cəsarətinə bənzəmirdi...
Bu halda Anjela Petrosyanın ifadə verdiyi an ən yaddaqalan oldu. Ona işgəncə verən və ərinin qatili olan Qriqoryanı barmağıyla göstərib, onu vəhşi adlandıraraq dedi: “Sən necə bir ermənisən ki, özünküləri vurub öldürürsən?! O isə mənə cavabında: “Sən əsl erməni olsaydın, adın bu siyahıda olmazdı!..”
Və elə bu zaman yerindən sıçrayaraq var gücü ilə qışqıran Qriqoryan özünü ələ verdi:
– Hansı siyahı?! Mən sənə heç bir siyahı haqda danışmamışam!
Aydın məsələdir ki, belə bir boşluq məni maraqlandırmaya bilməzdi. Tezliklə iğtişaşçıların öz qurbanlarını tapdıqları sirli siyahının mövcud olduğunu müəyyənləşdirdim. Təqsirləndirilən şəxslərin bəzi ifadələri bunu dolayısı ilə təsdiqləyirdi. Belə ki, Qriqoryanın həbsxana “yoldaşı” olan ən yaxın dostu N. Nəcəfov iddia edirdi ki, onların hara və kimə "baş çəkmək" kimi əvvəlcədən razılaşdırılmış bir planları yox idi.
“Sadəcə baş verənlərin hamısını lentə alan qara plaşlı bir şəxs Edikə yaxınlaşmışdı, - deyə Nəcəfov danışırdı, - ona erməni dilində nəsə deyirdi, biz də artıq Edikin arxasınca gedirdik...”
Siyahının həqiqətən də olub-olmadığını istənilən yolla öyrənmək üçün mən bir hiylə işlətdim: Sarkisov soyadlı etnik erməni olan Moskva briqadasının müstəntiqi ilə əlaqə saxlayaraq ondan soruşdum:
– Niyə saxlanılmış şəxslərdən alınmış və iğtişaşçıların öz qurbanlarının ünvanlarına getdikləri siyahını istintaq materiallarında tapa bilmirəm?
Sarkisovun cavabı məni dərin nokdauna saldı:
– Daha asan bir sual ver! Mən onu Qalkinə vermişəm…
Sözləşmədən və demək olar ki bir-birini təkrarlamadan Sumqayıt qırğınlarına elə yerindəcə “rejissorluq edən” həmən o sirli qara plaşlı şəxslər haqqında həm Qriqoryanın arvadı, həm V. Hüseynov, həm də Q. Məmmədov danışırdı…
– Bir dəfə, bu dəhşətdən əvvəl, – deyə Rita xatırlayırdı, – Ediklə evə gedərkən tində durmuş qara plaşlı iki kişi onu işarəylə çağırdılar. Bu zaman Edik sərt şəkildə məni özünə tərəf çəkərək dedi: “Zillənmə!..”
Bu isə V. Hüseynovun protokollaşdırılmış ifadələridir:
– Hadisədən bir gün əvvəl Edik mənim yanımda bir az kənarda eyni qara plaş geyinmiş iki yad adamla söhbət edirdi. Onları Sumqayıtda tanımırdım. Gəlmələr idi. Biri hündür, digəri orta boylu idi. Üzlərini görə bilmədim. Onlar ona içində həblər olan sellofan torba verdilər. Əla “şeydir”, adamın lap huşunu başından alır... Hə, onlarla vidalaşarkən Edik yüksək səslə dedi: “Narahat olmayın, mən hara desəm, bu kütbeyinlər arxamca gələcəkdir!”
Görünən o idi ki, bütün bu faktlar istintaqa məlum idi. Lakin Sumqayıt qırğınlarında iştirak etmiş və bu plaşlı qaşqabaqlı şəxsləri ifşa edə biləcək digər dəstələrin saxlanılmış rəhbərləri Azərbaycandan çıxarılmışdılar. Onların hamısı Bakı və Sumqayıtda deyil, SSRİ-nin digər şəhərlərində mühakimə olunurdu. Bunu niyə etmişdilər? İnsanlardan gizlədilməli olan nə idi?..”
Və beləcə açıq qalmış elə bu məsələlərlə də mənim Aslan İsmayılovla söhbətim başa çatdı.
O vaxtdan uzun illər keçib. Ancaq 33 il əvvəl baş vermiş hadisələrin qaranlıq sirli pərdəsinin tədricən açılmağa başladığı görünür. İlk dəfə olaraq KİV-lərdə elə nəşrlər üzə çıxmağa başladı ki, onların müəllifləri tarixi ədaləti bərpa etməyə çalışaraq SSRİ-nin süqutunun ən çətin dövrünün yenidənqurmasına başlamışdır. Çünki böyük ehtimalla məhz Sumqayıt hadisələrindən və daha əvvəl Ermənistanda azərbaycanlılara qarşı törədilmiş qırğınlardan sonra Ermənistan-Azərbaycan münaqişəsi modelinin icrasına başlanılmışdır. Sumqayıtdan sonra Azərbaycan Qarabağ üzərində de-fakto nəzarəti itirdi. Bir neçə aydan sonra tanınmış Qorbaçov məmuru Arkadi Volskinin rəhbərliyi ilə Qarabağda Xüsusi İdarəetmə Komitəsi yaradıldı. XİK Qarabağı yerli Azərbaycan hakimiyyətinin tabeliyindən çıxardaraq muxtar bölgədə Mərkəzin birbaşa nəzarət rejimini tətbiq etdi. 1989-cu ilin sentyabrında Azərbaycan ictimaiyyətinin təzyiqi ilə XİK ləğv edildi. Lakin bir neçə ay sonra Qarabağda yenidən qarışıq idarəetmə strukturu - Azərbaycan SSR Kommunist Partiyası MK-nin keçmiş ikinci katibi Viktor Polyaniçkonun rəhbərlik etdiyi təşkilat komitəsi yaradıldı. Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşdiyi və münaqişənin aktiv hərbi vəziyyətə çevrildiyi dövrdə Polyaniçkonun təşkilat komitəsi ləğv edildi. Beləliklə, Azərbaycanın Qarabağ üzərində nəzarəti itirməsinə yol açan məhz Sumqayıt hadisələri oldu.
Mənim fikrimcə, cəmiyyətin gec də olsa real olaraq oyanması, siyasətçilərin, ictimai xadimlərin, publisistlərin nəhayət ki Sumqayıt, Bakı, Özbəkistan, Gürcüstan, Baltikyanı ölkələrin başına gəlmiş faciələrin mexanizmləri ilə əlaqəli olan tarixi boşluğu doldurmaq cəhdləri hər şeydən əvvəl Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaq gələcəkdəki hadisələri ayıq və qərəzsiz şəkildə qiymətləndirməsi bacarığı sayəsində mümkün olmuşdur.
Çox inanmaq istərdim ki, şüurlu şəkildə alt-üst edilmiş hər bir şey onların sayəsində tədricən öz həllini tapacaqdır...

Ön söz
Hörmətli oxucu!

Lev Əsgərov

Bakının iddiasına görə, Lubyanka arxivində azərbaycanlılara qarşı nifrətin oyadılmasında erməni keşişlərinin əlinin olmasına dair sübutlar vardır. Şəkil © RİA Novosti[E1]
SSRİ DTK arxivinin əməkdaşının masaya qoyduğu sənədlərlə dolu bir yığın qovluqların arasından ən üstdəki qovluq diqqətimi çəkdi. Onun üzərində adı məlum olmayan bir dəftərxanaçı xəttatlıq yazı ilə bu sözləri əks etmişdi:
“Azərbaycan. Məlumatlar. Tövsiyələr. Təkliflər (1950–1970)”.

Budur o:
Sumqayıtdakı hadisələr Sovet İttifaqının sistemli
böhranını daha da dərinləşdirdi. Şəkil © RİA Novosti[E5]

birinin Eduard Qriqoryan olduğunu tanıdı.
Şəkil www.1news.az saytından götürülüb[E6]

"Независимая газета"
17:56
Digər xəbərlər