Sülhməramlılara məxsus daha iki avtomobilin aksiya ərazisindən keçidi təmin olundu

Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus daha iki minik avtomobilinin Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkəti təmin olunub.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Laçın-Xankəndi yolunun Şuşa şəhərindən keçən hissəsində azərbaycanlı QHT nümayəndələrinin, ekofəalların və könüllülərin keçirdikləri dinc aksiya hərəkətə heç bir maneə törətməyib. Bu, bir daha yolun açıq olduğunu və humanitar məqsədlər üçün istifadə edildiyini göstərir.
Xudaferin.eu

23:17