Səudiyyə Ərəbistanın paytaxtına ballistik raket atıldı

 

Yəməndə husilər Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada ballistik raket atıblar.

Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Raket buraxılışı haqqında informasiyanın husilərin sosial şəbəkələrdə yaydıqları bildirilir. Səudiyyə Ərəbistanı hələlik yayılan xəbəri şərh etməyib.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən bu yana davam edir. Müharibə qiyamçi şiə husilərlə hökumət qüvvələri arasında aparılır. Husiləri bu savaşda İran dəstəkləyir. Husilərin Ər-Riyada raket zərbəsi endirməsi Trampın Səudiyyə Ərəbistanına səfər etdiyi günə düşüb.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:42