Şərq Tərəfdaşlığı sammitinin yekun mətni hələ razılaşdırılmayıb - Aİ nümayəndəsi
Hələlik Şərq Tərəfdaşlığı ölkələrinin cümə günü Brüsseldə keçiriləcək sammitinin bəyannaməsinin yekun mətni razılaşdırılmayıb. Bu barədə çərşənbə axşamı Şərq Tərəfdaşlığı ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus) jurnalistləri ilə videokonfransda Aİ-nin yüksək vəzifəli rəsmi nümayəndəsi bildirib.
"Mətn hazırlıq mərhələsindədir və hələlik onunla bağlı konkret olaraq heç nə demək olmaz", deyə o qeyd edib və əlavə edib ki, mətnlə bağlı Azərbaycan və Ermənistan arasında fikir ayrılıqları var. Bakı yekun mətnə ərazi bütövlüyü prinsipinin, Ermənistan isə xalqların öz müqəddəratını təyin etməsi prinsipinin daxil edilməsini istəyir.
Aİ-Azərbaycan münasibətlərinə toxunan Avropa İttifaqının nümayəndəsi qeyd edib ki, Riqada keçirilən bundan əvvəlki sammitdən etibarən Azərbaycan "böyük irəliləyiş" əldə edib.
"Ai və Azərbaycan arasında müzakirələri aparılan yeni saziş irəliyə doğru daha bir addım olacaq və bizim münasibətlərimizdə yeni mərhələ başlayacaq. Azərbaycan Aİ-nin mühüm energetika tərəfdaşıdır. Enerji səmərəliliyi məsələsi qarşıda duran sammitdə də mühüm yer tutacaq, bəlkə də yekun sənədin mətninə daxil ediləcək", deyə o bildirib.
Sammit çərçivəsində Azərbaycan və Aİ arasında aviasiya sazişi təşəbbüsü də irəli sürüləcək. Aİ nümayəndəsi xatırladıb ki, Aİ Azərbaycanın ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 48,5%-i Aİ ölkələrinin payına düşür.

TURAN İA
09:50
Digər xəbərlər