Soyqırımı – İŞİD Telaferdə 200 nəfər türkmən soydaşımızı qətlə yetirib!

 

İŞİD terror təşkilatının 2014-cü ildən bəri ələ keçirdiyi, soydaşlarımız olan İraq türkmənlərinin sıx yaşadıqları Telafer şəhərindən qaçmağa çalışan 200 nəfər türkməni edam elədiyi xəbəri yayılıb.

Mosul rayon şurasının sədr müqvini Nurəddin Kaplan açıqlamasında İŞİD-in Telaferdən təhlükəsiz bölgələrə qaçmağa çalışan 200 nəfərdən çox  türkməni bir müddət əsir saxladıqdan sonra edam etdiyini bildirib. Kaplan eyni zamanda  təşkilat tərəfindən edam edilən türkmənlərin terrorçular tərəfindən 2 aya yaxın zindanda saxlanıldıqlarını, əsirlərin arasında qadın və uşaqların da olduğunu da bildirib.

İŞİD 2014-cü ildən bəri Mosulun qərbində yerləşən, İraqın ən böyük rayonu sayılan Telaferi öz əlində saxlayır. Türkmənlərin sıx yaşadıqları Telaferdə İŞİD neçə müddətdir ki, yerli əhalidən canlı qalxan kimi istifadə edir və daha təhlükəsiz yerlərə qaçmasına imkan vermir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:17