SOCAR havayı qazı da əhaliyə 135-140 manata satır: Büdcədən də əlavə pul istəyir
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi təklif edilir.
İqtisadçı-ekpert Natiq Cəfərlinin sözlərinə görə, normal ölkələrdə əhali bu xəbərə sevinir: “Büdcənin xərc hissəsini artırırlar və bu artımdan ən çox payı SOCAR alacaq. Belə ki, şirkətə 250 mln. manat dotasiya verəcəklər. SOCAR-la büdcə evcik-evcik oynayan uşaqlara bənzəyir. Əvvəl SOCAR büdcəyə vergi şəklində pul ödəyir, sonra şirkətə vəsait lazım olur - büdcədən pul alır. Beləcə SOCAR büdcəni, büdcə də SOCAR-ı sevir. Dotasiyaya səbəb kimi rəsmən bunu qeyd ediblər”.
Ekspert sitat da gətirib:
“SOCAR tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Tarif Şurasının müəyyən etdiyi qiymətə əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib. SOCAR-da olan bərbad idarəetməni bizə minnət kimi qeyd etməyin. Güya, əhaliyə görə şirkətə subsidiya verdiyinizi söyləməyin: 1) Bp ildə 2-3 mlrd. m3 qazı sizə pulsuz verir, 2) SOCAR-da 1000 m3 qazın hasilat xərcləri 42 manat, daşınma və saxlanma ilə birlikdə 70 manatdan aşağıdır, 3) Qazın bir hissəsi havayı, qalanının mayası 70 manatdan aşağı, siz isə camaata 1000 m3-ni 100 manata, 1700 m3-lik limit dolandan sonra isə 200 manata, ortalama 135-140 manata satırsınız, necə oldu ki, bunun adına "subsidiya" qoyub, SOCAR-a əlavə 250 mln. manat ayırırsınız? Heç olmasa öz yarıtmaz işinizi bizimlə ört-basdır etməyin, adamı yandıran odur ki, qış-yay əhaliyə heç düz-əməlli qaz da vermirlər”.
Ekspert qeyd edib ki, bu ilin sonuna qədər yeni büdcə gəlirləri gözləntilərində əhalidən cərimələri 126 mln. manat artırıblar. Bu da 76 mln. təşkil edib: “Yol polisi əlavə cərimə yazmalıdır, 50 mln. manat da Vergilər Nazirliyi. Və buna görə büdcənin xərc hissəsinə kağız-kuğuz almağa, protokolları çap etməyə 2,5 mln. manat əlavə xərc salıblar”.

Alçina Amilqızı
Cebhe.info
09:54
Digər xəbərlər