Şəhid haqqında film Gəncədə yasaq edildi

Şəhid filmini yasaqlamış rektor haqda şok iddialarAzərbaycan Texniki Universitetində aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun haqqında hazırlanan filmin nümayişinə icazə verməyib.  Bu barədə mətbuat xəbər yayıb. Universitet rəhbərliyinin bu addımı tələbələri və şəhid yaxınlarını qəzəbləndirib. Hətta şəhidin anası Ceyran Axundzadə sosial şəbəkədə bu barədə məlumatı paylaşaraq , aidiyyəti qurumlardan narazılığını bildirib, şəhidə hörmət edilmədiyini ifadə edib. Prorektor Xalıq Yahudov rektor kürsüsünə sahiblənmək üçün "əlahiddə” tədbirlər görürdü. Elə ki H.Məmmədov Qafqaz universitetinə təyin olundu, onun da yolu açıldı. Neqativ hallarla bağlı məhz Texniki Universitetin tədris işləri üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Xalıq Məcid oğlu Yahudovun adı daha tez-tez çəkilir.

Müxtəlif instansiyalara çoxsaylı şikayətlərlə müraciət edən tələbələr bildirirlər ki, bu ali təhsil müəssisəsində rüşvət yığımları son dərəcə yüksək həddə çatıb. Xalıq Yahudovun mövqeyləri o dərəcədə möhkəmlənib ki, hətta prorektor öz yaxın çevrəsinə aid olan şəxslərə artıq rektor kürsüsünü tutmasının "həll edilmiş məsələ” olduğunu da bəyan edib. Universitetin rektoru postuna ən layiqli namizəd kimi elmi işlər üzrə prorektor İlham Pirməmmədovun adı çəkilir. Həmçinin əldə etdiyimiz məlumata görə, Havar Məmmədov özü də məhz İlham Pirməmmədovu özünün davamçısı kimi görür. Lakin bu vəziyyət Xalıq Yahudovu qətiyyən qane etmir. Bu səbəbdən də, hazırda tədris işləri üzrə prorektor eyni vaxtda “iki hədəfi” vurmağa çalışır. Bir tərəfdən, məhz Xalıq Yahudov tərəfindən düzənlənən neqativ hallar rektorun adına çıxarılır.
Digər tərəfdən isə, mətbuatda olan bəzi əlaqələri hesabına Xalıq Yahudov öz həmkarı, İlham Pirməmmədovu da nüfuzdan salmağa çalışır. Bu məqsədlə son zamanlar bəzi mətbu orqanlarda Xalıq Yahudovun əməllərini məhz İlham Pirməmmədovun adına çıxaran yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, son vaxtlar Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov haqqında bəzi KİV-lərdə dərc edilən və əslində həqiqətə uyğun olmayan məlumatlar guya ki, mətbuata İlham Pirməmmədov tərəfindən təqdim olunur. Universitetdə olan mənbələr bu kimi “açıqlama”ların müəllifinin məhz Xalıq Yahudov olduğunu birmənalı şəkildə təsdiq edirlər.

Xudaferin.eu

15:29