Sahibə Qafarova: Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaratdı. 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri bu reallıqları təsbit edir və müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin bütün ərazisində təşkil olunacaq.

 
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
 
Parlamentin sədri qeyd edib ki, növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri tam yerinə yetirib. Ümummilli Liderimiz Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib və Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Bu gün Azərbaycanın üçrəngli Bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır. Ulu Öndər tərəfindən təməli qoyulmuş inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb. Onun rəhbərliyi ilə 20 il əvvəl həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb.
 
Xudaferin.eu

16:45