«Rusiya bütün sərvətimizi daşıdı, bizi toz-torpaq udmağa məcbur etdi»

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Çar Rusiyasının ölkəsini necə yağmalamasından danışıb. Nazarbayev bildirib ki, həmin dövrdə Rusiya Qazaxıstanın bütün sərvətini ölkədən daşıyıb.

“Çar Rusiyası dövründə bütün var-dövlətimizi daşıyıb apardılar. Bizə isə qazılmış torpaq qaldı. Bizi toz-torpaq udmağa məcbur etdilər. Ölkənin daxilində hətta yollar belə, yox idi. Çünki biz müstəmləkə idik», deyə Nazarbayev qeyd edib.
Nazarbayev hazırda ölkənin iqtisadi cəhətdən inkişaf etdiyini deyib: «Biz durmuruq. Nəhəng müəssisələr işlədirik, yeni iş yerləri açırıq, müasir zavodlarımız var. Dünyada bunu başqa kimlər edir? Hansı dövlətlər edir? Belələri yoxdur».

Gültəkin
Azadliq.info

12:54