Ərdoğan BƏƏ XİN-ə cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun və Osmanlı imperiyası barəsində xoşagəlməz status paylaşan Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zahid əl-Nahayana sərt cavab verib.

Xudaferin.eu-nun məlumatına görə, o bildirib ki, ərəb diplomatın, haqqında xoş olmayan sözlər işlətdiyi Fahrettin Paşa, 1916-1919-cu illərdə Mədinə şəhərini düşmənlərdən şücaətlə qoruyan Osmanlı komandanı idi.

“Təklif edirəm ki, Fahrettin Paşa haqqında mənfi fikir söyləyənlər, əvvəlcə öz əcdadlarının müqəddəs torpaqların qorunmasındakı roluna baxsınlar” deyən Türkiyə lideri, Mədinə şəhəri yaxınlığında yaşayan şəxslərin türk xalqına qarşı iftira yaydığını bildirib.

Xudaferin.eu

13:57