Quşçuluq firmaları təşvişdə: “Xəmsə” ermənilərlə işlədiyini təsdiqlədi

Onlarla əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olması təsərrüfat sahiblərini vəlvələyə salıb. Onların bəziləri şirkətlə əlaqəni dayandırıb. Buna baxmayaraq, quşçuluq firmalarının rəhbərləri sorğu-sual olunub. Onların ermənilərin şəriki olan şirkətlə münasibətlərin davam etməsi təftiş edilib. Təhlükənin sovuşmadığını və faktla bağlı cinayət işi açılması ehtimalını gözləyən təsərrüfat müdirləri həyəcan içindədir.

Məlumatda bildirilir ki, “Bakı Quşçuluq”, “İmişli Quşçuluq”, “Səba” ASC, “Abşeron” MMC, “Şəfalı Broyler”, “İsmayıllı Quşçuluq”, “Buzovna Broyler”, “Dəvəçi Quşçuluq”, “Aqrolizinq” QSC, “Şəmkir Quşçuluq”, “İspanyolla” ticarət mərkəzi, “Hacıqabul Quşçuluq”, “Siyəzən Broyler”, “Qaradaşlı Broyler” və digərləri təlaşlanıb. 
Bu arada isə “Xəmsə” damazlıq təsərrüfatının təsisçisi və direktoru Mürvət Həsənov hüquqşünas Aslan İsmayılovu məhkəməyə verir. O, deyib ki, A.İsmayılovun əməli yalnız şantaj və şər-böhtanla məşğul olmaqdan ibarətdir. Direktor vəkili ittiham edib: “O, dövlət rəsmilərindən qurtarıb indi də iş adamlarına keçib. Onun Türkiyədə müdafiə etdiyi “Emre Piliç” firmasının 30 faizi sizə təqdim etdiyim sənədlərdən də göründüyü kimi, ermənilər Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyana məxsusdur.
“Emre Piliç”dən başqa “Orallar” adı ilə fəaliyyət göstərən şirkət ermənilərə məxsusdur. Hansı ki, Azərbaycanda fəaliyyət göstərən “Qaradaşlı” broylerə damazlıq yumurta satır. “Orallar” firmasının rəhbərliyində təmsil olunan şəxslər elə yenə də “Emre Piliç”dəki şəxslərdir. Guya firmada erməni təmsilçisi olmadığını bildirmək və öz mallarını ölkəmizə satmaq üçün belə yalana əl atıblar. Hansı ki, həmin damazlıq yumurta Azərbaycanda həm bizim təsərrüfatımızda, həm “Azərquşçuluq”un təsərrüfatında, həm də “Nəzərkənd” və “Araz damazlıq”da istehsal edilir”.
M.Həsənov iddia edib ki, A.İsmayılovun erməniləri müdafiə etməsinin arxasında böyük məbləğli müqavilə dayanır: “Adını hüquqşünas, hüquq müdafiəçisi qoyub, vəkillik edir. Bu günlərdə işgüzar nüfuzuma vurduğu ziyana görə məhkəməyə, eyni zamanda ölkə başçısına, Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və müvafiq instansiyalara müraciət edəcəyəm. Bunun başqa yolu yoxdur. Rəsmi şəkildə “mən erməniləri müdafiə edirəm” deyən birindən başqa nə gözləmək olar ki?”.
Direktor deyib: “Biz 2015-ci ilin iyunundan əvvəl “Emre Piliç”in ortaqlarının erməni olduğunu biləndən sonra o şirkətlə işbirliyimizi dayandırdıq. Biz həmin şirkətdən alacaqlarımızı tələb etməyə başladıq. Erməni ortağı olan şirkətin bizə borcu var. Aslan İsmayılov isə erməniləri müdafiə edir.  “Emre Piliç” hazırda İzmit, Mudurnu, Nallıhan və Ayaş olmaqla 4 bölgədə 9 tarla, 70 toyuq hininə sahibdir. 279 nəfər işçisilə istehsal etdiyi məhsulun 70 faizini idxal edən şirkət həm damazlıq cücə, həm də damazlıq yumurta satışını həyata keçirir”.

Politika.Az

15:44