Qərbi Azərbaycan İcması: Avropa İttifaqının məsələlərə etnik və dini zəmində yanaşması qəbuledilməzdir

Avropa İttifaqının nümayəndəsi ATƏT-in Nazirlər Şurasında etdiyi çıxışda “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi, o cümlədən qayıdış hüququ” məsələsini qabardıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub: “Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması, məsələlərə etnik və dini zəmində yanaşması, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir.

Bu kimi qərəzli açıqlamalar Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi kimi çıxış edə bilməyəcəyini göstərir”.

Xudaferin.eu

21:48