Putin Əsədlə görüşüb

Rusiya prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd Soçi görüşündə Suriyada terrorla mübarizədə atılacaq birgə addımları razılaşdırıb.

Xudaferin.eu xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.

“Biz Suriya prezidenti ilə Suriya Ərəb Respublikasında terrora və terrorçu qruplaşmalara qarşı mübarizədə görüləcək birgə tədbirləri razılaşdırdıq, Suriya ordusunun bu yolda əldə etdiyi böyük nəticələri qeyd etdik və belə bir nəticəyə gəldik ki, bu  ün siyasi prosesin aktivləşməsi üçün olduqca əlverişli bir vəziyyət yaranıb”, - deyə Putin bildirib.

Xudaferin.eu

12:03