Pakistanda məhkəmələrə nəzarət edən Fətullah Gülənçilərin dövlət çevrilişi planı

İlk öncə Azərbaycan və Türkiyənin yaxın dostu, “Arxanızdayam!” deyən baş nazir Navaz Şərif qondarma ittihamlarla görəvdən alındı

Türk dünyasını tək qoymayan və təklənən dost

Türkiyənin “Takvim.com.tr” saytında “Pakistanda FƏTÖ üslubunda məhkəmə çevrilişi” başlıqlı məqalə dərc edilib. Bəlli olduğu kimi, Pakistanın baş naziri, Azərbaycanın və Türkiyənin dostu Navaz Şərif dünən məhkəmə qərarı ilə “korrupsiyada” ittiham edilərək vəzifəsindən uzaqlaşdırıldı. Bəs qanuni seçilmiş prezidentin devrilməsi nə qədər qanuni idi? Misir, Liviya, İraq (kesnizani təriqətinin əli ilə) və sair ölkələrdə çevrilişlərdən sonra, ötən il iyulun 15-də Türkiyədə “ərəb baharı” müəlliflərinin oxu daşa dəydi. Növbəti hədəf isə Pakistandır.

Pakistanın FƏTÖ-sü kimi tanınan Tahirul Kadrinin ələ keçirdiyi məhkəmə vasitəsilə Türkiyənin dostu Navaz Şərif FƏTÖ üslubundakı çevrilşlə devrildi. Baş nazir məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılıb. Navaz Şərifin FƏTÖ üslubu ilə devrilməsinin əsas hədəfinin Qətər və Türkiyə olduğu bildirilir. Türkiyə və Qətərin yaxın dostu Navaz Şərifin Pakistanın Fətullah Güləni olan “saxta molla” Tahirul Kadrinin hədəfində olması uzun müdət bəlli olan həqiqətdir.

Pakistanın FƏTÖ-sü olan Tahirul Kadrinin ələ keçirdiyi məhkəmə vasitəsilə Türkiyənin dostu Navaz Şerif FƏTÖ üslubunda çevrilişlə devrildi. FƏTÖ sayağı qurğu quraraq,

Pakistanın baş naziri Navaz Şerif, Ana Yasa məhkəməsi tərəfindən korrupsiya bəhanəsi ilə vəzifəsindən uzaqlaşdırıldı. Navaz Şerif Qətərin blokadası zamanı qeyd-şərtsiz Türkiyənin tərəfində duracağını bildirmiş, “Qətərə hərbçi göndərəcəyik, hər sahədə Türkiyənin arxasındayıq”, - demişdi. Türkiyənin və Qətərin dostu Navaz Şərifin çervilməsinin əsas hədəfinin Türkiyə və Qətər olduğu güman edilir. Türkiyə ictimaiyyətin “məhkəmə çevrilişi” adlandırdığı 17-25 dekabr FƏTÖ əməliyyatları seriyası ilə 2013-cü ildə Pakistanda həyata keçirilən və “İmam çevrilişi” kimi tanına proses demək olar ki, bir-birinin eynisi idi.

Pakistandakı “İmam Çevrilişi”nin lideri, Pakistanın “dinlərarası dialoq”, “yüksək standartlı təhsil” və “İslamın mülayim tonlarını gücləndirmək” məqsədilə 30 il bundan əvvəl yola başlayan və 90 ölkədəki təhsil müəssisəsi və qeyri-hökumət təşkilatları ilə geniş bir beynəlxalq şəvəkəyə malik olan “Minhacul Quran” fondunun yaradıcısı Məhəmməd Tahirul Kadridir. 1989-cu ildə siyasətə daxil olan və qısa müddət vəkil işləmiş Kadri, 2005-ci ildən Kanadada məskunlaşaraq, bütün dünyadakı fəaliyyətlərini buradan idarə eləməyə başladı (Eynilə Pensilvaniyada qala qurmuş Fətullah Gülən kimi – red.).
 

Pakistanda qanuni seçilmiş hökmətə qarşı tələ - dövlətə qarşı fəaliyyət
 

Kadrinin hekayəsi və bu günkü əlaqələri FƏTÖ ilə demək olar ki, eynidir. Kadrinin Pakistan siyasətində ön plana çıxması 2010-cu ildə nəşr elətdirdiyi “Terrora qarşı fətvalar” adlı 600 səhifəlik külliyyatının yayılmasından sonra oldu. Ondan sonra Qərbin ən nüfuzlu təşkilatlarının və BMT kimi beynəlxalq təşkilatlatın “din sahəsində” üstünlük verdikləri adlardan biri oldu. O, artıq Pakistanı siyasəti ilə bağlı bəyanatlar verməyə başlamışdı. Kadrini diqqət mərkəzinə çevirən bir hadisə isə 7 illik fasilədən sonra Kanadadan “bir anda” Lahor şəhərinə geri qayıtmaq qərarı idi. 2012-ci ilin dekabrında Lahora qayıdan Kadrinin birinci işi hökumətə qarşı “vuruşmaq” oldu. “Bir milyon yürüşə çıxıb” kampaniyası və 10 min nəfət dəstəkçisi ilə Pakistan Məclisi qarşısında düşərgə quran Kadri deyirdi: “Məclis yoxdur; oğru və quldurlar var. Siyasət yoxdur; oliqarxya quruluşu var. Bütün siyasət yalnız iki ailə (Şərif və Bhutto ailələri) tərəfindən qəsb edilir”. O, Məclisdən siyasi dəyişiklik, şəffaf reforma tələb edirdi. 4 gün sonra Pakistan hökuməti “Deklarasiya” yayaraq razılaşma əldə etdiyini bildiridi. Lakin 5 ay sonrakı seçkilərdə Navaz Şərif qələbə qazandı və Kadrinin siyasi həmlələri boşa çıxdı. Baş verənlərin fonunda, Pakistan xalqı arasında da Tahirul Kadrinin Pakistan ordusu ilə münasibətlə bağlı suallar yaranamağa başladı. Kadrinin Pakistan ordusu və Pakistan məhkəməsi ilə paralel münasibətləri aşkara çıxdı və təsirini göstərdi (Eynilə Türkiyə ordusu bə məhkəmə sisteminə sızan, şəbəkə quran, Qərbin dəstəklədiyi FƏTÖ kimi – red.).

Hurriyyet.org

 

09:13