Ölkə iqtisadiyyatı uçun daha bir böhran xəbərdarlığı
"Azərbaycan regionda ən aşağı iqtisadi artım göstərən yeganə ölkə olacaq"
Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatına görə, Azərbaycanda iqtisadi böhran bu il də davam edəcək. Bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib: “Bu günlərdə BVF və AYİB yerləşdiyi regionda iqtisadi durumun perspektivlərinə dair yeniləşmiş icmallarını açıqlayıblar. Hər iki hesabatda 2017-ci üçün Azərbaycanda iqtisadi eniş proqnozlaşdırılır. AYİB-in proqnoz hesablamalarına görə, bu il üçün Azərbaycan iqtisadiyyatı 0,5 faiz, BVF-nin gözləntilərinə görə, 2017-ci ildə milli iqtisadiyyat 1 faizə qədər kiçiləcək. Beləliklə də Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiyada cari ili iqtisadi enişlə başa vuran yeganə ölkə olacaq. Proqnozlara görə, növbəti ildə də Azərbaycan regionda ən aşağı iqtisadi artım nümayiş etdirən yeganə ölkə olacaq. Azərbaycan iqtsiadiyyatında iki il ardıcıl olaraq tənəzzülün müşahidə olunması onun yaxın gələcəkdə perspektivlərinə də çətinliklər yaradır və yeni çağırışları meydana gətirir. BVF-nin proqnozlarına görə, Azərbaycan bu illər ərzində bankların kapitallaşma səviyyəsinin azalması, kredit qoyuluşlarının həcminin aşağı düşməsi, dövlət borclarının sürətlə artması, inflyasiyanın yüksəlməsi templərinə görə regionun lider dövlətinə çevriləcək. Müqayisə üçün qeyd edək ki, cari ildə dünya iqtisadiyyatında illik artım tempi 3,5 faiz, Mərkəzi Asiya ölkələrində isə 3,8 faiz olacaq”.

Alçina Amilqızı
Cebhe.info
09:15
Digər xəbərlər