Nyu-Yorkda partlayış - Yaralı var

ABŞ-ın şərqindəki Nyu-York şəhərinin Manhetten bölgəsindəki avtobus terminalında partlayış olub.

Xudaferin.eu xəbər verir ki, partlayış yerli saatla 07:45 radələrində baş verib. Əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

Nyu-York polisi hadisə nəticəsində bir nəfərin yaralandığını, şübhəli şəxsin isə saxlandığını açıqlayıb.

“Associated Press”(AP) xəbər agentliyi partlayışın metro platformasında baş verdiyini bildirib. Bəzi metro stansiyalarından insanlar təxliyə edilib.

Xudaferin.eu


 

21:29