Nursultan Nazarbayev: Almatı şəhəri elektrik avtomobilləri ilə təmin edilməlidir

 

Kostanay vilayətində işgüzar səfərdə olan Prezident Nursultan Nazarbayev bir sıra obyektləri ziyarət edib. “Sarıarka avtoprom” zavodunda Qazaxıstan istehsalı olan elektrik avtomobillərinin təqdimatı olub. Təqdimatı edən Qazaxıstanın energetika naziri Kanat Bozumbayev avtomobilin səkkiz saata enerji yığdığını bildirib.

Nursultan Nazarbayev enerji yüklənmə vaxtının çox olduğunu, bunun sürətləndirmə yollarını tapmağın vacibliyini diqqətə çatdırıb, Çinin 2040-cı il üçün tam olaraq elektrik enerjisi ilə işləyən avtomobillərə keçəcəyini qeyd edib. “Biz də geridə qalmamalıyıq. Almatı şəhərini elektrik avtomobilləri ilə təmin etmək lazımdır”,- deyə Prezident vurğulayıb. “Bir kəmər - bir yol” strategiyasının həyata keçirilməsi çərçivəsində 27 milyard dollar həcmində 52 müəssisənin tikildiyini qeyd edən Nursultan Nazarbayev bildirib ki, 18 ay ərzində Qazaxıstan-Çin sərhədindən Xəzər dənizinə qədər 1200 kilometr uzunluğunda dəmir yolu xətti çəkilib.

Xudaferin.eu

Qazaxstan, "Astana Bürosu"

 

10:06