Azərbaycan rəsmilərinin adı keçən yeni oğurluq faktları aşkarlandı

 

Bu gün yəqin ki, tarixdə ən çox sənədin bir anda yayıldığı gün kimi qalacaq.

Məsələ burasındadır ki, bütün dünyanı silkələyəcək faktlar yayılır. Söhbət saysız adamın və müəssisələrin adının keçdiyi sənədlərin yayılmasından gedir. Təxminən 100-ə qədər mətbuat orqanı “Cənnət kağızları” deyilən və 13.4 milyon sənəddən ibarət olan bir toplunu bütün dünyanın diqqətinə təqdim etdilər. Bu sənədlər vergidən yayınmaq üçün müxtəlif adamların-120 siyasətçinin, ABŞ Ticarət nazirinin Putinin ətrafındakılarla biznes əlaqələrindən tutmuş Böyük Britaniya kraliçasının ofşorlara pul yatırmasından gedir. Yayılan sənədlərdə Azərbaycanın adının olmaması ən böyük hadisə olardı. Təəssüf ki, biz bir daha Azərbaycan hakimiyyətinin təmsilçilərinin qanunsuz əməlləri ilə bu sənədlər vasitəsilə tanış olacağıq. Daha ətraflı məlumatla sizi az sonra tanış edəcəyik

 

Azadliq.info

 

10:14