İlham Şaban: “Hökumət nədən şirkətlərin Kartel Sazişinin qarşısını almır?”

 

“İqtisadiyyat nazirliyi sözçüsü bildirib ki, Ai-98-in qiymət artımının Tarif Şurasına dəxli yoxdur, bu marka benzin bazar tərəfindən tənzimlənir. Yaxşı, elədirsə, onda bu bazarda hökumət nədən şirkətlərin Kartel Sazişinin qarşısını almır?"

Bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “feysbuk” səhifəsində sual edir. “Rəqabət olan yerdə 1 qəpik də olsa, kimsə daha ucuz təkliflə çıxış etməlidir”.

“Axı, bazar qanunlarına görə Ai-95 və Ai-98 benzini 800 yanacaqdoldurma məntəqəsində eyni qiymətə satıla bilməz. Rəqabət olan yerdə 1 qəpik də olsa, kimsə daha ucuz təkliflə çıxış etməlidir. Eyni zamanda hamı tərəfindən qiyməti dəyişdirilə bilməz” - deyə ekspert vurğulayıb.

Şamo
Hurriyyet.org

 

10:32