Ciddədə səssiz saray çevrilişi

 

Səudiyyə Ərəbistanının kralı vəzifədən gedir

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl-Səudun hakimiyyətə gəldiyi 2015-ci ilə qədər beynəlxalq arenada kimsənin tanımadığı oğlu Məhəmməd bin Salman Əl-Səudun iki il ərzində az qala ölkədə bütün orqanlara nəzarəti ələ keçirməsi və son olaraq əmisi oğlu Məhəmməd bin Nayifin yerinə birinci vəliəhd şahzadə vəzifəsinə gətirilməsi Orta Doğuda ən çox müzakirə edilən mövzu olaraq qalmaqdadır. Mövzu ilə bağlı növbəti iddia İran mediası tərəfindən ortaya atılıb.

Kral Salman bir müddət sonra vəzifəsindən gedəcək, Məhəmməd bin Salman isə kral olacaq. Baş verən prosesləri “səssiz çevriliş” adlandırılması şahzadəyə yaxın şəxslərin hələ onun vəliəhd təyin edilməsindən əvvəl əhəmiyyətli vəzifələrə gətirilməsi kralın tezliklə dəyişəcəyini göstərir. Məhəmməd bin Salmana sadiq olduğu deyilən və hələ 20 yaşlarında olan qardaşı Xalid bin Salmanın aprel ayında ABŞ-a səfir təyin edilməsi də gözlənilən dəyişikliyin nişanəsi olaraq göstərilir.

Xatırladaq ki, iyunun 20-də Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə Məhəmməd bin Salmanı təyin edib. Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib.

Məhəmməd bin Salman “Vizion 2030” adı verilən və Səudiyyə Ərəbistanı tarixinin ən böyük iqtisadi islahat proqramı adlandırılan layihəni idarə edir. Layihə ölkə büdcəsinin neftdən olan asılılığın azaldılması, turizm sektorunun hüquqlarının Məkkə və Mədinədən çıxarılmasını və “Aramco” neft şirkətinin qismən özəlləşdirilməsini nəzərdə tutur.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:45