Nursultan Nazarbayev: "Astananın adı dəyişdirilməyəcək"

Bu barədə qərarı ölkə prezidenti Nursultan Nazarbayev verib. Məlumata görə, ötən həftə Qazaxıstan parlamenti ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilən deklarasiya qəbul edib. Deklarasiyada bu illər ərzində ölkənin qazandığı uğurlar öz yerini tapıb.

Bu sənəddə həm də ölkənin paytaxtının adının prezident N.Nazarbayevin şərəfinə dəyişdirmək tövsiyə olunub. N.Nazarbayev isə telekanalların birinə verdiyi müsahibədə buna qarşı çıxıb. Ölkə preizdenti "Astana bir brenddir, onu dəyişməyə ehtiyac yoxdur", - deyə vurğulayıb.
Qeyd edək ki, Astana şəhəri Qazaxıstanın strateji baxımdan ən əlverişli bölgəsində yerləşir. 1990-cı illərin başlanğıcında ölkə prezidenti Nursultan Nazarbayev Astananı paytaxt elan etməklə, həm də ölkənin strateji və coğrafi baxımdan idarə olunbması üçün bu addımı atmışdır. Astananın paytaxt a çevriılməsinin digər səbəbi isə, ölkənin idarə edilməsi baxımında olduqca önəmli bir məkandır.

Xudaferin.eu 

11:58