Nəğmə dolu bir ürəyəm

 

Noyabrın 28-də Respublika Sarayında sevilən mahnıların müəllifi, xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət “Nəğmə dolu bir ürəyəm” adlı konsert proqramı təqdim ediləcək.

Konsertdə aalq artistləri Brilliant Dadaşova, Flora Kərimova, Gülyaz Məmmədova, Heydər Anatollu, Əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Almaz Orucova, İlahə Əfəndiyeva, Rəşad İlyasov, tanınmış ifaçılar Elton Hüseynəliyev, Ayaz Qasımov, Nadir Qafarzadə, Fuad Musayev, Zabitə Alıyeva, Nigar Şabanova və başqaları iştirak edəcəklər. Biletləri “www.iticket.az” saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Xudaferin.eu
“Bakı Bürosu”

09:31