Nazir müavini: Qızılbaş irsinə dair konfrans tariximizin tədqiqi baxımından çox əhəmiyyətlidir

Qızılbaş irsi ilə bağlı konfransın keçirilməsi tariximizin tədqiq edilməsi baxımından çox əhəmiyyətlidir. Konfransın Ulu Öndər Heydər Əliyev ilində təşkil edilməsi xüsusi önəm daşıyır.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov noyabrın 27-də Bakıda keçirilən “Azərbaycanda qızılbaş irsi: tarixin izi ilə” mövzusunda beynəlxalq konfransda səsləndirib.

Nazir müavini vurğulayıb ki, Ümummilli Liderin təşəbbüsü ilə “Şah İsmayıl” ordeninin təsis edilməsi, onun abidəsinin ucaldılması tarixi irsimizə olan ehtiramın təcəssümüdür.

Tariximizin tədqiq edilməsinin və gənc nəslə ötürülməsinin önəmini vurğulayan F.Cəfərov deyib ki, hər birimiz tarixi irsimizi yaxşı bilməliyik.

Xudaferin.eu

16:03