Mosul ölüm ayağında

İŞİD İraqda Türkmanların ən sıx yaşadığı Mosul şəhərində terror törədib. Şəhərin şərqindəki Gökçeli məhəlləsində yerləşən bazarda partlayıcı maddələrlə doldurulmuş avtomobil havaya uçurulub. Onlarla insanın ölümünə və yaralanmasına səbəb olan hücumun qurbanları barədə hələlik dəqiq məlumat verilməyib.

İraqın ikinci ən böyük şəhəri Mosulun İŞİD-dən xilas edilməsi əməliyyatı hələ başa çatmayıb. Terror təşkilatı Gökçeli məhəlləsindəki bazar meydanı da daxil olmaqla, ayrı-ayrı məntəqələrdə üç avtomobili birdən partladıb. Şahidlər İntisar məhəlləsindəki avtomobilin asayiş keşikçilərini hədəfə aldığını bildiriblər. Dövlət orqanlarında çalışan mənbə ən azı 30 nəfərin öldüyünü, 60 nəfərin isə yaralandığını bildirib.
İki ayı tamamlanmış Mosulun mərkəzindəki bəzi məhəllələr İŞİD-dən təmizlənsə də, bu əməliyyat çox ləng şəkildə davam edir. Terror təşkilatı küçə döyüşlərində bombalı avtomobillər partlatmaqla və snayper atəşləri ilə ordu qüvvələrinin irəliləməsinə mane olurlar.
ABŞ-ın başında durduğu beynəlxalq koalisiya qüvvələrinin havadan dəstəklədikləri silahlı əməliyyatda təqribən 100 min silahlı iştirak edir. İraq hərbçilərini peşmərgə, şiə milislər, Haşdi Şabi və sünni tayfaları dəstəkləyir. Bu qüvvələrin hamısı oktyabrın 17-dən bəri cəbhədə döyüşürlər. Əməliyyatın uzanması mülki əhalinin şəhəri tamamilə boşaltmasına gətirib çıxara bilər. Bu günə qədər 120 min nəfər mülki vətəndaş evlərini tərk eləməyə məcbur olublar və Mosuldan kənardakı çadır düşərgələrində yaşayırlar. Beynəlxalq xəbər agentliklərinin dünən paylaşdıqları fotoşəkillərdə yüzlərlə insanın ağır qış günlərində yardım almaq üçün növbədə durduqları görünür. İŞİD terror təşkilatı 2014-cü ilin iyununda Mosulu ələ keçirib. Mosul Suriyanın şərqindəki Rakka ilə birlikdə İŞİD-in əlində qalmış iki ən mühüm mərkəzdən biridir.
Beləliklə də İŞID tərəfindən törədiklən bu qanlı olayların qarşısını kimsə almaq fikrində deyil. Əslində bir yandan İŞID, o biri yandan isə, İrana bağlı hezbollahçı silahlı birliklər sadəcə Türkman əhalisinə qarşı bunca soyqırım siyasətlərini yürüdürlər. Sanki, bu iki güc növbəli şəkildə bu terror eyləmlərini davam etdirirlər.

Xudaferin.eu

10:30