Mollakratiya rejimi Güney Azərbaycanın Batı bölgələrini köçəri kürdlərlə doldurur

 

Güney Azərbaycanın Urmu bölgəsinə Tehran mollakratiya rejimi fars şovinizmi ideologiyası təsir dairəsi altında köçəri kürd mənşəli Fridun Hümmətini təyin etmək üçün özəl hazırlıq üçün addımlar atmağa başlayıbdır.

Halbuki, Urmu vilayətində əhalinin 90 faizinin Türk olmasını nəzərə alaraq, bölgədə məhz Türk mənşəli məmurlara üstünlük verilməsi başlıca şərt sayılmalıdır. Onu da qeyd edək ki, mollakratiya rejimi Güney Azərbaycan və özəlliklə də Urmu vilayətinə seçdiyi millət vəkilləri ilə birlikdə bölgədə valinin kürd mənşəli olması ideyasına dəstək vermək üçün hazırlanıblar.

Mollakratiya rejiminin qurduğu bu oyunda iki kürd kökənli, Bərzgərin və Hümmətinin Urmu vilayəti boyunca adaylıqlarını dolayı yolla dəstəkləyiblər.
Tehran rejiminin bir başa əli ilə Güney Azərbaycanın Salmas şəhərinə nümayəndə kimi təqdim edilən köçəri kürd Bərzgər öz danışıqlarında Güney Azərbaycanın Urmu vilayətini  Kürdüstan və kürdləri əbədi toprağı kimi təqdim edir.

Qeyd edək ki, mollakratiya rejimi düz 38 ildir Güney Azərbaycanın batı bölgələrini (Türkiyə sınırları boyunu) kürdləşdirmə siyasətini aparır. Mollakratiya rejiminin təhlükəsizlik qüvvələr adına “Sepah Pasdaran” özəlliklə bu siyasətin başında durubdur. İraqdan köçürülən kürdlər məhz Güney Azərbaycan-Türkiyə sınırları boyunca yerləşdirilirlər. Həmin köçəri kürdlərdən terror dəstləri yaran mollakratiya rejimi onlara maddi dəstək və silah sursat verməklə yanaşı onları Urmu vilayətinin terror yolu ilə Kürdüstana çevirmək təbliğatlarına yardım göstərir .

PEJAK -PKK –Komelə-HDK tipli terror qruplaşmalarının zaman-zaman Urmu bölgəsində kürdləşdirmə siyasətini yürütməklə bölgənin demoqrafik tərkibini dəyişdirmək hədəflərini və beləliklə də uydurma “Böyük Kürdüstan” maraqlarının olduğunu  gizlətməmişlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

10:32