Məmur oğlu həbs olundu

Fatih Samed Kılıç FETÖ üzvlərinin istifadə etdiyi "ByLock" proqramından istifadə etdiyi üzə çıxıb
Türkiyə Konstitusiya Məhkəməsinin sabiq sədri Haşim Haşim Kılıçın oğlu Fatih Samed Kılıçın saxlanılması barədə qərar çıxarılıb.

Ankara Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan cinayət işi çərçivəsində belə bir qərar verib.

 

F. S. Kılıçın FETÖ üzvlərinin istifadə etdiyi "ByLock" proqramından istifadə etdiyi üzə çıxıb.

Prokurorluq xaricdə olduğu müəyyən edilən F. S. Kılıçın saxlanılması barədə qərar çıxarılmasını istəyib.

Ankara İkinci Sülh Məhkəməsi prokurorluğun müraciəti əsasında F. S. Kılıçın saxlanılması barədə qərar çıxarıb.

sonxeber.az

10:21