Əməliyyatlar yenidən başlana bilər - Bağdaddan yeni təhdid

 

Rəsmi Bağdad Quzey İraqda kürd bölücü hərəkatına qarşı hərbi əməliyyat keçirə bilər.
 

İraq hökuməti Türkiyə ilə sərhəd-keçid məntəqələrinin təhvil verilməsini gecikdirən və onların birgə idarə edilməsini təklif edən Ərbili hərbi əməliyyatla təhdid edib. Beləliklə də bu bölgədə hələ də öz silahlı birlikləri sayəsində terror təhdidləri siyasətini yürüdən yerli kürd hakimiyyətinin şıltaqlığının qarşısının alınması üçün bir sıra ciddi addımların da atılacağı gözləinilir.  

İraqın baş naziri Heydər əl-İbadi oktyabrın 16-da peşmərgə qüvvələrinə qarşı hərbi əməliyyatın dayandırılması barədə göstəriş verib. Onun sözlərinə görə, atəşkəsin məqsədi mübahisəli ərazilərdə və sərhəd-keçid məntəqələrində nəzarətin İraq ordusu tərəfindən maneəsiz ələ keçirilməsidir.
Qeyd edək ki, Türkiyə-İraq sınırları boyunca məqsədli şəkildə bir zamanlar yerləşdirilən kürd əşirətləri bu gün qondarma “Kürdüstan” xəyalının gerçək olacağına inandırqları üçün silahlanmış və bütünlükdə Orta Doğu üçün böyük bir fəlakətə çevrilmişlər. Son bir ayda İraq hökumətinə bağlı olan ordu birliklərinin Kərkük, Ərbil və Mosul kimi iri şəhərlər üzərində öz hakimiyyətini bərpa etdikdən sonra, sınır bölgəsində kürdlər öz iradələrini və hökmlərini nümayiş etdirmək üçün idarə olunan terror  siyasəyini nümayiş etdirmək üçün təhdidlər gündəmə gətiriblər. İraq hökuməti və eləcə də Türkiyə bu problemin qarşısını birlikdə almaq üçün hərəkətə keçməyi planlaşdırırlar.

 

Xudaferin.eu
“Orta Doğu Bürosu” 

 

 

10:28