Milli fəal Siyamək Seyfi tutuqlandı

 

Güney Azərbaycan Milli Hərəkatının fəalı Siyamək Seyfi Xiyavda (Meşginşəhr) 7 aylıq həbs cəzasını çəkmək üçün tutuqlanıb və Təbrizin mərkəzi zindanında köçürülüb

Xatırladaq 2013-cü il fevralın 26-da Güney Azərbaycanın başkəndi Tərbizdəki “Traxtur” futbol takımının yandaşları qismində 5 nəfər olaraq Siyamək Seyfi, Əsgər İbadzadə, Əli Sərraf Cəfər Rüstəmirad və Əli Əhmədi tutuqlamış və mollakratiya rejiminin “İnqilab Məhkəməsi” tərəfindən hər birinə qondarma ittihamlara əsaslanaraq 7 ay həbs cəzasına məhkum edilmişdir.
Baş alıb gedən qanunsuzluqların aradan qaldırılması məsələsi olaraq, uluslararası insan haqları qurumlarına bu barədə özəl hesabatlar göndərilibdir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

12:56