Metropolitendən qiymət artımı anonsu…

Elektrik enerjisinin qiymətinin artması metro xərclərinin də artmasına səbəb olsa da, Tarif Şurasına qiymətlərin bahalaşdırılmasıyla bağlı müraciət edilməyib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qiymət artımını xərclərin çoxalmasına səbəb olacaq: “Hələ ki, Tarif Şurasına müraciət etməmişik. Amma elektrik enerjisinin qalxması metro xərclərinə təsir edəcək.
Ümumiyyətlə, metroda sərnişin daşınma xərci onların ödədiyi gediş haqqından bahadır. Uzun illərdir ki, bu belədir. Amma hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq, hər il metronun xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən metroya dotasiya ayrılır. Hazırda da o zərərin ödənilməsi üçün biz dotasiya alırıq. Hələ ki, bu səbəbdən problem yoxdur. Tarif Şurasına da bununla bağlı müraciət etməmişik. Gələcəkdə Tarif Şurasının nə qərar qəbul edəcəyini isə deyə bilmərik”

BakıPost

13:36