Londondakı səfirliyimiz anım mərasimi keçirib

Azərbaycanın Londondakı səfirliyində son zamanlar üzləşdiyimiz bəzi üzücü hadisələr ilə bağlı anım tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Tehran şəhərindəki səfirliyimizin mühafizəsi zamanı qəhrəmancasına həlak olmuş şəhid Orxan Əsgərovun əziz xatirəsi yad olunub. Səfir Elin Süleymanov qonşu ölkənin paytaxtında belə ağlagəlməz hadisənin baş verməsindən çox təəssüfləndiyini bildirib.

Daha sonra səfir çıxışı zamanı qardaş Türkiyədə dəhşətli zəlzələ nəticəsində vəfat etmiş qardaş və bacılarımızın yaxınlarına səbir diləyib. Həmçinin Suriyada və Xoy şəhərində zəlzələ nəticəsində baş vermiş itkilərin hamımızı məyus etdiyi vurğulanıb.

O, Azərbaycan başda olmaqla, dünyanın bütün ölkələrində azərbaycanlıların bir yumruq kimi birləşərək qardaş Türkiyəyə yardım kampaniyalarında ən fəal şəkildə iştirak etmələrindən qürur duyduğunu bildirib.

Tədbirdə vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xudaferin.eu

16:25