Kürdlər diplomatlarla bir masada: dəstək axtarışı

 

İraqdakı Kürd Muxtariyyatında fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri Ərbildəki diplomatik korpusların təmsilçiləri ilə görüşüb.

 

Kürdüstan Vətənpərvərlik İttifaqının mətbuat mərkəzinə istinadən xəbər verir ki, görüşdə kürd tərəfini sözügedən ittifaqın və Kürdüstan Demokratik Partiyasının nümayəndələri təmsil edib. "Kürdlər öz arzularını çatdırdılar. Qeyd edildi ki, referendum hər bir xalqın hüququdur, o cülədən də kürdlərin belə bir səsvermə keçirməyə haqqı var",- deyə mərkəzdən bildirilib. Kürd təmsilçiləri həmçinin diplomatik missiyalara referendumu dəstəkləməyə çağırıb və müşahidəçi qismində onları dəvət edib. Demokratik Partiyanın Mərkəzi Bürosunun üzvü Roja Nuri Şauz bildirib ki, rəsmi Bağdadla danışıqlar referendumun nəticələri əldə edildikdən sonra aparılacaq.
Qeyd edək ki, kürdlərə məxsus bütün təşkilatlar beynəlxalq birliyin dəstəyi ilə Quzey İraq türkmanlarının tarixi əraziləri hesabına özləri üçün qondarma “Kürdüstan Muxtariyyatı” adlı bir dövlət qurmağı hədəf seçiblər.
 

Xəzər

Cebhe.info

 

06:35