Kreml çətin durumda: Sanksiyalar Rusiyanı çökdürür

 

Pərviz Heydərov: “Bu şirkət üçün"Türk axını" kimi layihələr cəlbedicidir”

Rusiyanın “Qazprom” şirkəti yalnız qaz ixracını saxlamaqla Türkiyənin daxili bazarından tamamilə çıxa bilər. Rusiya mətbuatı xəbər verir ki, “Qazprombank” Rusiya qazının Türkiyəyə idxalını həyata keçirən “Avrasia” və “Enerco” şirkətlərində 60 faiz paya mailk olan “Promak” şirkətindən çıxış işlərini tamamlayır.
“Promak” 2014-cü ildə “Qazprombank” və “Akfel Holding” in birgə müəssisəsi olaraq yaradılıb. “Qazprombank”ın bu müəssisədə 40 faizi,”Akfel Holding”in isə 60 faiz payı olub. Daha öncə “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev şirkətin Türkiyədə digər aktivi olan “Bosphorus gas”ın satış planından danışıb: “Türkiyə bazarı “gözlənilməz”dir və lirənin zəifləməsi, tariflərin tənzimlənməsinə görə cəlbediciliyini itirir”.

Məlumata görə, bu məsələdə “Bosphorus” şirkətinin 2016-cı ildə təxminən 100 milyon avro zərərlə işləməsi vacib faktor olub. “Bosphorus gas” şirkətində “Qazprom”un payı 71 faizdir. “Qazprom” bu şirkətdəki payını hazırda 29 faiz paya malik olan “Sen Group” şirkətinə satır. Bildirilir ki, “Qazprom”un Türkiyə bazarından çıxması qazın qiyməti ilə bağlı danışıqlarda mövqeyini möhkəmləndirə bilər. O da bildirilir ki, “Qazprom”un Türkiyə bazarından getməsi barədə yekun qərar hələ verilməyib. Maraqlıdır, “Qazprom”un Türkiyədən getməsində əsas səbəb siyasidir, yoxsa iqtisadi?

İqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, "Qazprom"un Türkiyə bazarından bu və ya digər istiqamətdə geri çəkilməsi Rusiyanın bu ölkədə olan qaz maraqlarından geri çəkilməsi anlamına gəlmir: ““Qazprom” böyük şirkətdir, onun maraqları da böyükdür. “Qazprom” üçün "Türk axını" kimi layihələr cəlbedicidir. “Türk axını” layihəsi Rusiya rəhbərliyi tərəfindən 2014-cü ilin dekabr ayında “Cənub axını” layihəsinin əvəzi qismində elan olunub. Layihə Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsindən Yunanıstan sərhədlərinə qədər uzanacaq. Layihənin icrasına ilin ikinci yarısında başlanılacaq. Belə layihələ qarşısında adı çəkilən şirkətin hər hansı bir bazardan iştirakçı payını satması təbii ki, sırf iqtisadi hadisədir”.

İqtisadçının qənaətincə, hazırda Türkiyə bazarı riskli hesab olunur: “Siyasi sabitsizlik, terror xofu və digər amillər bu ölkəni əvvəlki kimi təhlükəsiz hesab etməyə yardım etmir. Ona görə də mən, "Qazprom" Türkiyədən deyil, bu ölkənin müəyyən bazarlarından gedir - ifadəsi işlədərdim. Əlbəttə, burada digər faktorlar da var. "Qazprom" bu və ya digər enerji şirkətlərində payını satıb çıxmaqla, bazara inhisarçı mövqelə daxil olmaq istəyir. Strateji baxımdan, bu, həm də bütün digər şirkətləri bazardan sıxışdırıb çıxartmaq məqsədi güdür. Sabah "Qazprom" Türkiyə qaz bazarında hər mənada diktə sahibi ola bilər”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

06:53