Könüldən-könülə yollar görünür

 

 

Mayın 15-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə (AAB) Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Könüldən-könülə yollar görünür” adlı tədbir keçiriləcək.

AAB-nin mətbuat xidmətindən bildirilib ki, tədbirdə respublikamızın tanınmış aşıqları şairin şeirlərinə yazılmış musiqiləri ifa edəcəklər. Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilib ki, bu da Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş qüdrətli söz ustadına verilən yüksək qiymətdir. M.P.Vaqifin anadan olmasının 300 illik yubileyi ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində böyük təntənə ilə qeyd edilməkdədir. Qeyd edək ki, Molla Pənah Vaqifin 300 illik yubileyi çərçivəsində TÜRKSOY təşkilatının dəstəyi ilə bu il Türkiyənin Ankara, İstanbul, İzmir, Bursa, Eskişehir, Qazaxıstanın Astana, Çimkənd, Cambul və digər şəhərlərində yubiley tədbirləri keçirilmişdir. Bununla yanaşı Azərbaycanda da bir sıra tədbirlər planı həyata keçirilməkdədir.

Xudaferin.eu
 

 

09:41