Komitə sədri: Seçkidə hər kəsin iştirakına dəstək verməyi hədəfləyirik

Vətəndaş hüquqlarından istifadə edərək seçkidə hər kəsin iştirakına dəstək verməyi hədəfləyirik. Ona görə də hamı öz öhdəliyini yerinə yetirməlidir. Biz qadınların ictimai siyasi proseslərdə aktiv iştirak etməsini arzulayırıq. Onların seçkidə iştirakını təşviq etmək bizim öhdəliyimizdir.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil etdiyi qurumla Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada çıxış edərkən bildirib.

Qadının ailədə böyük rol oynadığını vurğulayan komitə sədri deyib: “Hamının siyasi-ictimai proseslərdə iştirakına təşviq məsələsində də qadının rolu danılmazdır. Hər kəs bacardığı işin qulpundan yapışmalı, bilmədiklərini isə öyrənməlidir”.
Xudaferin.eu

15:27