Kofi Annan vəfat etdi

Birləşmiş Millətlər Təşkilatının keçmiş baş katibi Kofi Annan vəfat edib.

Xudaferin.eu xarici mətbuata istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Annan İsveçrədə vəfat edib.

Qeyd edək ki, Kofi Annan BMT-nin 7-ci baş katibi idi.

O,  13 dekabr 1996-cı ildə BMT-nin baş katibi seçilib. 2001-ci ildə isə yenidən katib seçilib.

Kofi Atta Annan 8 aprel 1938-ci ildə anadan olmuşdu.

Xudaferin.eu

14:54