Kılıçdaroğlu: “ƏDALƏT kampaniyası sonadək davam edəcək”

 

 

Türkiyənin aparıcı müxalifət partiyasının lideri hökumətin terrorçuluğa dəstək itithamlarına baxmayaraq, ədalət kampaniyasını davam etdirməyə söz verib.

Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu paytaxt Ankaradan Türkiyənin ən böyük şəhəri olan İstanbula minlərlə insanın iştirak etdiyi 450 kilometrlik məsafəlik ədalət yürüşünə başçılıq edir. Yürüş Türkiyə hökumətinin keçən il iyul ayında dövlət çevrilişinə cəhddən sonra ölkədə hakimiyyətdə olan AKP-nin və onun qurduğu rejimin başlatdığı təqiblərə cavab olaraq keçirilir. Təqiblər nəticəsində 100 mindən çox insan iş yerini itrib, 60 mindən çox insan həbs edilib. 25 günlük ədalət yürüşünə başçılıq edən Kamal Kılıçdaroğlu bildirib ki, bu aksiya yaxın müttəfiq olan Enis Berberoğlunun CHP hakimiyyəti tərəfindən saxtakarcasına irəli sürülən “dövlət sirlərinin açıqlanması” ittihamı ilə 25 il müddətinə məhkum olunmasına cavab olaraq keçirilir.

CHP lideri Kamal Kılıçdaroğlu ölkədə parlament üzvləri və jurnalistlərin həbs edildiyini, alimlərin işdən çıxarıldığını bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun hökuməti yürüşü pisləyərək, onun terrorizm və dövlət çevrilişinə cəhd göstərənlərə dəstəklədiyini bildirib. Lakin tənqidlərə baxmayaraq, ədalət yürüşünə qoşulanların sayı getdikcə artır. Hazırda CHP lideri Kamal Kılıçdaroğu ilə birlikdə bu yürüşdə 10 min nəfər iştirak edir. O, yürüş İstanbula yaxınlaşdıqda daha çox insanın aksiyaya qoşulacağını gözlədiyini bildirib. Lakin CHP lideri Kamal Kılıçdaroğlunun sözlərinə görə, yürüş yalnız başlanğıcdır və vətəndaşların etirazları sona yetməyəcək.
Onu da qeyd edək ki, yürüşlə əlaqədar siyasi gərginliklər artdıqca, polis nümayişçilər və xüsusilə də Kılıçdaroğlunun mühafizəsini gücləndirir. Polis bildirib ki, yürüş zamanı “İslam Dövləti” (DAEŞ-İŞID) qrupu ilə əlaqəsi olan hücum planlaşdıran altı nəfər şübhəli  saxlanılıb. Kamal Kılıçdaroğlu bildirib ki, onun özü və yürüşçülər hədələr və təxribatla qarşılaşır. Yürüş bazar günü Enis Berberoğlunun saxlandığı həbsxananın qarşısında sona çatmalıdır.

Xudaferin.eu
Türkiyə, “Ankara-İstanbul Bürosu”

 

09:21